Ucarda ağır tonnajlı yük avtomobili yanıb. AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Bakı- Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib. Belə ki, Bakı istiqamətində hərəkətdə olan kabellə yüklənmiş ağır tonnajlı yük avtomobili anidən alışaraq yanıb. Hadisə yerinə FHN-in yanğınsöndürən briqadası cəlb olunaraq yanğın söndürülüb. Baş vermiş hadisə zamanı müəyyən müddətə yolda avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb. Müvafiq qurumlar tərəfindən artıq avtomobillərin hərəkəti bərpa olunub. Faktla bağlı araşdırma aparılır.