Uçot dərəcəsi yenə artırıldı - Hansı təsirləri olacaq?

Uçot dərəcəsi yenə artırıldı - Hansı təsirləri olacaq?
İQTİSADİYYAT
13:46 29.03.2023
495
"Mərkəzi Bank uçot dərəcəsini 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%-ə qaldırdı. Son dönəmlər FED və MB-nin monetar siyasətində bir sinxronluq müşahidə edilir ki bu da başa düşüləndir. Çünki qərarda təkcə ölkə daxilində deyil, eyni zamanda xarici faktorların, ələxsus FED-in qərarları ilə dolların dəyər dinamikası nəzərə alınmışdır”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspert qeyd edib ki, uçot dərəcəsinin yenidən qaldırılmasının səbəbinin ən sadə dildə ifadəsi budur ki, uçot dərcəsi artırılırsa, əsas məqsəd infilyasiyanın cilovlanmasıdır: "Tərs anlamda desək, uçot dərəcəsi artırılırsa, deməli infilyasiya səngimir ki, bu addım atılır. Digər bir maraqlı məqam, Mərkəzi Bank yenə də 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozunu yenidən təsdiqləməsidir. Yəni 2022-ci ildəki infilyasiya 6 faiz bəndi azalacaq”.

O, həmçinin bildirib ki, ilk baxışdan verilmiş 8%-li proqnoz və davamlı uçot dərəcəsində olan artırılmalar təzadlı görünə bilər: "Yəni əgər infilyasiya 6 faiz bəndi enərək 8%-ə düşəcəyi proqnoz edilirsə, niyə uçot dərəcəsi belə sürətlə qaldırılır. Axı uçot dərəcəsini qaldırılması həm də iqtisadi aktivliyi boğur. Amma aşağı proqnoz və uçot dərəcəsinin artırılması arasında bir məntiqi əlaqə var ki, bu da uçot dərəcəsinin davamlı artırılması hesabına infilyasiyanın 8%-ə endirilməsinə nail olmaqdır. Və bu yuxarıda qeyd etdiyim kimi həm xarici, həm də daxili faktorlardan dolayi vacibdir. May ayının 3-ündə bu məsələ ilə bağlı növbəti qərar veriləcəkdir. 8%-li proqnozu təkrar yadımıza salsaq deyə bilərik ki, mayda uçot dərəcəsində yenə də artım olma ehtimalı çoxdur”. 

Ekspert gözlənilən təsirlərdən də danışıb: "Uçot dərəcəsinin artırılması zamanı daha çox verilən sual manatın taleyilə bağlı olur. Manatla bağlı onu demək olar ki, hazırda manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur. Nəzərə alsaq ki, manatın arxasında 9 milyard dollardan artıq valyuta ehtiyatına sahib Mərkəzi Bank durur və manata ciddi təzyiq etməyə hazır olan dolların cilovunu əlində bərk-bərk sıxıb saxlayıb. Deməli hələlik manatın məzənnəsilə bağlı hər hansı bir qorxu yoxdur. Cilovun nə qədər vaxt saxlanıla biləcəyi isə bir çox faktordan asılıdır”.

Aydın
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR