UEFA "Qarabağ"la oyundakı insidentə görə "Omoniya"nı cərimələdi

İDMAN
11:04 28.11.2021
620
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi "Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən olan Kipr "Omoniya"sını cərimələyib.

Avropa futbol qurumundan AZXEBER.COM-a verilən məlumata görə, buna Nikosiya təmsilçisinin azarkeşlərinin evdə Ağdam klubuna qarşı keçirilmiş qrup oyununda meydana yad əşyalar atması səbəb olub.

Nəticədə kluba 3 750 avro məbləğində cərimə kəsilib. "Omoniya" qərar verildikdən sonra 90 gün müddətində cəriməni ödəməlidir.

Qeyd edək ki, insident "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşan matçın 52-ci dəqiqəsində baş verib. "Köhlən atlar"ın yarımmüdafiəçisi Kadi Borges hesabı bərabərləşdirdikdən sonra qolu qeyd etmək üçün meydanın kənarına gedib. Bu zaman kiprli tərəfdarlar meydana su şüşələri atıblar.

OXŞAR XƏBƏRLƏR