Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Bakıya gəlib

Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Bakıya gəlib
SOSİAL
13:36 16.08.2026
236
Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Bakıya gəlib.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev sosial şəbəkədə paylaşım edib.

Paylaşımda "Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonu Bakıda qarşılamaqdan şərəf duyuram!” ifadəsi yer alıb.

Viktor Yuşşenko 2005-2010-cu illərdə Ukrayna prezidenti vəzifəsində çalışıb. Səfərin məqsədi ilə bağlı hələlik əlavə məlumat verilməyib.

OXŞAR XƏBƏRLƏR