Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi Azərbaycan dövlətçiliyini qorudu

Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi Azərbaycan dövlətçiliyini qorudu
SİYASƏT
09:59 25.05.2026
160
XX əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycan qarşısında olduqca mürəkkəb və taleyüklü çağırışlarla üz-üzə qalmışdı. Müstəqilliyin əldə olunması nə qədər mühüm idisə, onun qorunub saxlanılması da bir o qədər çətin və məsuliyyətli vəzifə idi. Həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, iqtisadi tənəzzül, daxili qarşıdurmalar və Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzü dövlətçiliyimizi ciddi təhlükə altına salmışdı.

Belə bir ağır və mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev öz qətiyyətli siyasi iradəsi, uzaqgörənliyi və fədakar fəaliyyəti ilə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Məhz onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, dövlət idarəçiliyi möhkəmləndirildi və müstəqil Azərbaycan dövlətçiliyinin əsasları daha da gücləndirildi.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın gələcək tərəqqisinin təməlini təşkil etdi. Xüsusilə enerji siyasətinin uğurla həyata keçirilməsi, neft strategiyasının düzgün istiqamətləndirilməsi ölkə iqtisadiyyatına mühüm töhfələr verdi, Azərbaycanın beynəlxalq nüfuzunu artırdı və onu regionun aparıcı dövlətlərindən birinə çevirdi.

Bu gün də Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs uğurla davam etdirilir. Azərbaycan öz müstəqilliyini və suverenliyini daha da möhkəmləndirərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər güclü dövlətçilik ənənələrinin, milli birliyin və illər boyu aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilir.

Şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi yolunda Ulu Öndər Heydər Əliyevin xidmətləri xalqımızın yaddaşında daim yaşayacaq və gələcək nəsillər üçün örnək olaraq qalacaq.

Müəllif: Həmid Nəsirov, Göygöl RİHBA Hüquq və kadr məsələləri sektorunun müdiri
OXŞAR XƏBƏRLƏR