Unibankdan kənd təsərrüfatına daha bir dəstək

İQTİSADİYYAT
13:53 18.03.2020
3835
Unibank aqrar sahədə fəaliyyət göstərən sahibkarlara dəstək istiqamətində daha bir layihəyə qoşulub. Bank Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə əməkdaşlığa başlayıb.
 
AZXEBER.COM xəbər verir ki, əməkdaşlığın nəticəsi olaraq Unibank AKİA-nın təklif etdiyi bütün xidmətləri sahibkarlara təqdim edir. AKİA ilə tərəfdaşlıq kənd təsərrüfatı sahəsində biznesi olan Unibank müştərilərinin daha aşağı faizli kreditlər əldə etməsinə imkan yaradacaq. Bu kreditlər Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına, illik 7%-lə kənd təsərrüfatının inkişafı məqsədilə verilir. AKİA ilə əməkdaşlıq çərçivəsində Unibank güzəştli şərtlərlə kənd təsərrüfatı avadanlığı və texnikası, damazlıq heyvan alışı üçün nəzərdə tutulan kreditlər də təklif edir. Damazlıq heyvan alışı üçün heyvanın dəyərinin 25%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 60% subsidiya (güzəşt), qalan məbləğ isə illik 7%-lə Bank tərəfindən kreditləşdirilir. Sahibkarlar tərəfindən texnikanın dəyərinin 20%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 40%-i həcmində subsidiya (güzəşt), qalan məbləğ isə Bank tərəfindən faizsiz kreditləşməklə kənd təsərrüfatı texnikası əldə etmək mümkündür. Kreditin məbləği təyinatdan asılı olaraq 5000 AZN-dən 1 000 000 manatadək dəyişir.

AKİA kreditlərinin üstünlükləri:

- aşağı faiz;

- kreditin güzəşt mddətli olması;

- girovsuz kredit əldə etmək imkanı.

Kreditin təyinatı:

- əkinçilik

- heyvandarlıq

- arıçılıq, quşçuluq və digər kənd təsərrüfatı sahələri

- istixana(parnik) komplekslərinin yaradılması və s.

- kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı alışı

- Damazlıq heyvan alışı

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:49 01.06.2020

İlham Əliyev: "ÜST vasitəsilə yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik"

22:41 01.06.2020

İnfeksionist: "Koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq"

22:38 01.06.2020

Dövlət başçısı: "Düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik"

22:18 01.06.2020

Bakıda yeni açılan "Dəniz Mall"un içərisindən görüntülər - FOTO

21:33 01.06.2020

Türkiyədə COVID-19 qurbanlarının sayı 4 500-ü ötdü

21:24 01.06.2020

Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verildi

21:00 01.06.2020

Azərbaycan Premyer Liqasında komanda sayı artırılmayacaq

20:18 01.06.2020

On yaşlı Nərmin Quliyevanın ölümündə ittiham olunan tərəfin vəkilləri: “İlkin Süleymanov günahkar deyil”

19:59 01.06.2020

Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıb

19:34 01.06.2020

Bakı metrosunda sıxlıq yaşanıb - VİDEO

19:29 01.06.2020

Azərbaycan manatının dövretmə sürəti azalıb

19:23 01.06.2020

“Ölkəmizin gələcəyi onların əlindədir”

19:09 01.06.2020

Bakıda oğlan bulvarda şəkil çəkmək istədi, dənizə düşdü - VİDEO

18:59 01.06.2020

Balaca uşağın Putinlə söhbətə qoşulması hər kəsdə gülüş yaratdı - VİDEO

18:45 01.06.2020

Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ

18:42 01.06.2020

Azərbaycanda koronavirusdan sağalanların sayı 3,5 mini ötdü