Unicapital rəhbərliyində yeni təyinatlar oldu

Unicapital rəhbərliyində yeni təyinatlar oldu
İQTİSADİYYAT
14:41 06.07.2020
1040
"Unicapital” İnvestisiya Şirkətinin baş menecerinin qərarı ilə Tələt Kalayev "Unicapital” İnvestisiya Şirkəti ASC-nin biznes və biznesin inkişafı üzrə baş menecerin müavini təyin olunub.
 
AZXEBER.COM xəbər verir ki, Tələt Kalayev bu vəzifəyə təyin olunanadək "Unicapital”da baş menecerin müşaviri vəzifəsində çalışıb. O,  "Unicapital” İnvestisiya Şirkətinə 2020-ci ilin yanvar ayından qoşulub. Azərbaycan kapital bazarlarında 12 ildən çox iş təcrübəsinə malik olan Tələt Kalayev,  müxtəlif illərdə "Standard Kapital”, Böyük Britaniyanın "Kazimir Partners” investisiya şirkəti (tədqiqatçı-analitik), Bakı Fond Birjası (Ticarət və Üzvlük departamentinin rəhbəri) və "PAŞA Kapital” İnvestisiya Şirkətində (direktor müavini) çalışıb. Azərbaycan Dövlət Neft Akademiyasında BBA və MBA proqramları üzrə bakalavr və magistr dərəcəsinə malikdir və təhsilini Almaniyanın Aşağı Saksoniya Menecment Akademiyasında davam etdirib. CFA level II namizəddir.
 
"Unicapital” İnvestisiya Şirkətinin baş menecerinin digər qərarı ilə Tural Salmanov "Unicapital” İnvestisiya Şirkəti ASC-nin Maliyyə və Biznesə dəstək üzrə baş menecerin müavini təyin olunub. Tural Salmanov bu vəzifəyə təyin olunanadək həm "Unibank Kommersiya Bankı” ASC-də aparıcı daxili auditor, həm də "Unicapital” İnvestisiya Şirkətində daxili auditor vəzifəsində çalışıb. Tural Salmanov "Unicapital” İnvestisiya Şirkətində fəaliyyətə 2016-ci ilin mayından başlayıb. 2011-ci ildən isə Unibank komandasındadır.
 
Ümumilikdə bank və maliyyə sektorunda 9 ilə yaxın təcrübəyə malikdir. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcəsinə malikdir. ACCA beynəlxalq imtahanları üzrə maliyyə sahəsində inkişafını davam etdirir.

Nizamnamə kapitalı 100%-lik "Unibank”a məxsus olan "Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir. Şirkətin  ümumi kapitalı 1,5 milyon manata yaxındır. 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir