Uzun müddət davam edən ishal əməliyyata səbəb ola bilər - XƏBƏRDARLIQ

Uzun müddət davam edən ishal əməliyyata səbəb ola bilər - XƏBƏRDARLIQ
SAĞLAMLIQ
11:36 25.05.2026
223
Qarın ağrısı, uzunmüddətli ishal və səbəbsiz çəki itkisi ciddi bağırsaq xəstəliklərinin əlaməti ola bilər.
 
AZXEBER.COM xəbər verir ki, mütəxəssislər bildirir ki, bu simptomların "keçər” düşüncəsi ilə diqqətdən kənarda saxlanılması bağırsaqlarda qalıcı zədələrə səbəb ola bilər.

Mütəxəssisin sözlərinə görə, iltihabi bağırsaq xəstəlikləri əsasən Kron xəstəliyi və xoralı kolit şəklində ortaya çıxır. Kron xəstəliyi həzm sisteminin istənilən hissəsinə təsir göstərə bildiyi halda, xoralı kolit əsasən yoğun bağırsaqda müşahidə olunur.

Xüsusilə gənclər arasında bu xəstəliklərin yayılması isə stress, qeyri-sağlam qidalanma və həyat tərzi dəyişiklikləri ilə əlaqələndirilir.

Həkimlər vurğulayır ki, erkən diaqnoz və vaxtında müalicə xəstəliyin nəzarətdə saxlanılması üçün həyati əhəmiyyət daşıyır. Onlar həmçinin siqaretdən uzaq durmağın, düzgün qidalanmanın və müntəzəm həkim nəzarətinin vacib olduğunu bildirirlər.
 
Aysel

OXŞAR XƏBƏRLƏR