Vaxtı bitən şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti artırıldı - Rəsmi

SOSİAL
19:07 08.04.2020
526
Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti xüsusi karantin rejimi bitənədək uzadılıb.

Bu barədə AZXEBER.COM-a DİN-dən məlumat verilib.

"Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən şəxslərin nəzərinə çatdırır ki, vətəndaşların müraciətləri nəzərə alınmaqla etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti xüsusi karantin rejimi bitənədək uzadılıb.

Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş işsiz şəxslər də birdəfəlik ödəməni almaq üçün elektron qaydada müraciət edə bilərlər", - deyə məlumatda qeyd olunur.

OXŞAR XƏBƏRLƏR