“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı - Rəsmi

“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı - Rəsmi
SOSİAL
13:13 27.08.2026
116
"Vefa Esthetıc Center” MMC-yə məxsus özəl tibb müəssisəsində plandankənar yoxlama zamanı bir sıra qanun pozuntuları aşkarlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Trend.az-ın sorğusuna cavab olaraq məlumat verib.

Qeyd olunub ki, KİV-də dərc olunan məlumatlar və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov, Leopold və Mstislav Rostropoviçlər və A.İldırım küçələrinin kəsişdiyi ərazinin 119-cu məhəlləsində yerləşən "Vefa Esthetıc Center” MMC-yə məxsus özəl tibb müəssisəsində aidiyyəti araşdırmanın aparılması məqsədilə plandankənar yoxlama keçirilib.

Yoxlama nəticəsində "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49.1-ci maddəsinin pozulduğu müəyyən edilib. Belə ki, özəl tibb fəaliyyəti subyektinin tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilmədiyi, xüsusilə "Kosmetologiya” işi üzrə həkimin qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxıldığı aşkarlanıb.

Bundan başqa, tibbi qeydiyyat sənədlərinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 saylı əmri ilə təsdiq edilmiş forma və qaydalar üzrə aparılmadığı bildirilib. Ambulator pasiyentlərin qeydiyyatının "AV MEDICAL” proqramı üzrə həyata keçirilməsi ilə "Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin pozulduğu qeyd olunub.

Yoxlama zamanı "Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.8 və 6.1-ci maddələrinin də pozulduğu, müəssisədə yararlılıq müddəti bitmiş və dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin aşkarlandığı bildirilib.

Həmçinin lisenziyada göstərilən işlərdən kənar fəaliyyət faktı müəyyən edilib. İşçilərin siyahısına baxış zamanı sertifikasiya şəhadətnaməsi və əmək müqaviləsi üzrə "endokrinoloq” vəzifəsi üzrə əmək müqaviləsinin bağlanması faktı aşkarlanıb.

Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, aşkar edilmiş pozuntularla bağlı "Vefa Esthetıc Center” MMC barəsində inzibati tənbeh tədbirləri seçilib, İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə icraata göndərilib.

Mərkəz əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin təmin edilməsi və qanunvericiliyə riayət olunması istiqamətində nəzarət fəaliyyətinin davam etdirildiyini vurğulayıb. Bildirilib ki, vətəndaşların və KİV-in müraciətləri əsasında aparılan yoxlamalar şəffaflıq və qanunun aliliyi prinsiplərinə uyğun həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Heç fərqinə varmadan bunu edirik: Niyə tez-tez ah çəkirik?
14:06 27.08.2026
Heç fərqinə varmadan bunu edirik: Niyə tez-tez ah çəkirik?
42 yaşlı qadın müəmmalı şəkildə öldü
14:01 27.08.2026
42 yaşlı qadın müəmmalı şəkildə öldü
Ermənistan Ukrayna üçün dron istehsal edəcək
13:53 27.08.2026
Ermənistan Ukrayna üçün dron istehsal edəcək
Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər
13:46 27.08.2026
Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbə endirməklə hədələyib
13:38 27.08.2026
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbə endirməklə hədələyib
Paşinyan: Ktriç Nersisyan “yeni inqilab” üçün kəndlərə nümayəndələr göndərir
13:33 27.08.2026
Paşinyan: Ktriç Nersisyan “yeni inqilab” üçün kəndlərə nümayəndələr göndərir
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
13:27 27.08.2026
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Paşinyan: Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur
13:23 27.08.2026
Paşinyan: Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur
Zelenski: Rusiya Poltava, Sumi və Xersonu vurub
13:17 27.08.2026
Zelenski: Rusiya Poltava, Sumi və Xersonu vurub
“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı - Rəsmi
13:13 27.08.2026
“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı - Rəsmi
Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?
13:09 27.08.2026
Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?
Azərbaycan UEFA reytinqində 25-ci pilləyə yüksəldi -  "Uğurun əsas səbəblərindən biri..."
13:05 27.08.2026
Azərbaycan UEFA reytinqində 25-ci pilləyə yüksəldi - "Uğurun əsas səbəblərindən biri..."
Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı
12:55 27.08.2026
Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı
Yunanıstanda Qərbi Nil virusu yayılır: 6 nəfər ölüb
12:48 27.08.2026
Yunanıstanda Qərbi Nil virusu yayılır: 6 nəfər ölüb
Xankəndidə toyuq hini, mal-qara tövləsi istəyənlərə - Rəsmi cavab
12:47 27.08.2026
Xankəndidə toyuq hini, mal-qara tövləsi istəyənlərə - Rəsmi cavab
Sabahdan universitetlərə qeydiyyat başlayır
12:38 27.08.2026
Sabahdan universitetlərə qeydiyyat başlayır