"Venesiya" və "Valensiya" Artyom Dovbiki heyətinə qatmaq istəyir

"Venesiya" və "Valensiya" Artyom Dovbiki heyətinə qatmaq istəyir
İDMAN
18:45 17.11.2026
72
Müqavilə ilə İtaliyanın "Roma" klubuna məxsus olan və hazırda icarə əsasında A Seriyasının digər təmsilçisi "Bolonya"da çıxış edən hücumçu Artyom Dovbik iki klubun maraq dairəsinə düşüb.

"Venesiya" (İtaliya) və "Valensiya" (İspaniya) ukraynalı forvardın mümkün keçidi ilə bağlı sorğu göndəriblər.

Hər iki klub oyunçunu satınalma hüququ ilə icarəyə götürmək niyyətindədir. Dovbik qışda "Bolonya"nı vaxtından əvvəl tərk edərək Roma təmsilçisinə qayıda bilər.

Qeyd edək ki, 29 yaşlı ukraynalı futbolçu İtaliya çempionatının cari mövsümündə 5 matçda meydana çıxıb və 1 qol vurub. Dovbikin dəyəri 15 milyon avro qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR