Katarakt

Vətənin keşiyində duranlara dəstək olmaq borcumuzdur – Yelo Bank

İQTİSADİYYAT
20:11 18.11.2020
472
Sosial şəbəkələrdə yayılan Yelo Bankın əsgərimizi məhkəməyə verməsi ilə bağlı xəbər əsasında araşdırma aparılıb.
 
AZXEBER.COM xəbər verir ki, məhkəməyə müraciət həmin şəxsin əsgər kimi xidmətə başlamasından əvvəl olub və xidmətdə olduğu bilindikdən sonra dərhal Bank tərəfindən Ucar rayon məhkəməsinə prosesi dayandırması ilə bağlı məlumat yönləndirilib. Bununla yanaşı, əsgərimizin qardaşı da Banka dəvət edilib.

Yelo Bank vətən uğrunda azadlıq müharibəsinin ilk günündən döyüşlərdə iştirak edən və zərər çəkmiş hər bir müştərisinin yanındadır. Xidmətdə olan müştərilərlə bağlı məlumatların yığılması müəyyən vaxt tələb etdiyindən, qeyd olunan formada yanlış anlaşılmalar baş verə bilir. Artıq bir neçə müştərilərimizi ziyarət edərək, həm edilən güzəştlərlə bağlı məlumatı şəxsən onlara çatdırmış, həmçinin müharibədə göstərdikləri qəhrəmanlıqlara görə təşəkkürümüzü  bildirmişik. Bu gün belə müştərilərimizdən biri olan və döyüşlər zamanı qolunu itirmiş əsgərimizə bank nümayəndələri tərəfindən baş çəkilib. Müharibə haqda iştirakçısının dilindən eşitmək əldə etdiyimiz qələbənin necə dəyərli olduğunu bizə bir daha sübut etdi.

Yelo Bank olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat, eləcə də, döyüşlərdə iştirak edən şəxslər və onların ailə üzvlərinə dəstək məqsədilə 50 min manat olmaqla, ümumilikdə 150 min manat vəsait ayırmışdı. Ordumuza dəstək aksiyaları çərçivəsində cəbhə bölgələrinə tibbi ləvazimatlar, gigiyenik vasitələr, isti geyimlər, qida məhsulları və digər ilkin tələbat məhsulları göndərmişik.  20-ə yaxın əməkdaşımız səfərbərlik çərçivəsində ordu sıralarına qatılıb. Bir işçimiz isə Bərdəyə xain hücum zamanı həlak olub.

Bütün bu dövr ərzində daim ordumuz və əsgərlərimizin, cəbhəyə yollanan yoldaşlarımızın və onların ailələrinin yanında olub, dəstəyimizi əsirgəməmişik və bundan sonra da əsirgəməyəcəyik.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:14 30.07.2021

Türkiyədə meşə yanğınlarında ölənlərin sayı artdı - VİDEO

23:48 29.07.2021

Ceyhun Bayramov: "Bu çətin günlərdə Türkiyənin yanındayıq"

23:33 29.07.2021

Bakıda 71 yaşlı kişinin meyiti aşkarlanııb

23:19 29.07.2021

Kürdəmirdə gənc qız intihara cəhd edib

23:11 29.07.2021

Konfrans Liqası: "Qarabağ" növbəti mərhələyə vəsiqə qazandı

22:44 29.07.2021

Səfirlik: Frənk Pəllonun düzəlişi Azərbaycan-ABŞ tərəfdaşlığına xələl gətirmək yanaşmasını əks etdirir

22:04 29.07.2021

Türkiyədə koronavirusla bağlı son vəziyyət

21:47 29.07.2021

Ərdoğan: Bütün imkanlar meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edilib

21:26 29.07.2021

Son bir həftə ərzində dörd uşağın küçəyə atılmasının səbəbi narkotik istifadəsidir - VİDEO

21:24 29.07.2021

SMA Tunarla bağlı xoş xəbər: 2 milyon dollarlıq iynə vuruldu

21:16 29.07.2021

Peyvənd oluna bilməyənlərin aqibəti necə olacaq? – VİDEO

21:03 29.07.2021

Tokioda koronavirusa yoluxma sayında yenidən rekord qırıldı

20:54 29.07.2021

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə edib

20:49 29.07.2021

Fermerlərin nəzərinə: Agentlikdən virusla bağlı XƏBƏRDARLIQ

20:32 29.07.2021

İbrahim Kalın: "Meşə yanğınları milli fəlakətdir"

20:12 29.07.2021

Rusiya və Çin genişmiqyaslı hərbi təlimlərə başlayır