Vilayət Eyvazov Moldova DİN-in Baş katibini qəbul etdi

Vilayət Eyvazov Moldova DİN-in Baş katibini qəbul etdi
SİYASƏT
15:14 17.11.2022
288
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Moldova Respublikasının Daxili İşlər Nazirliyinin Baş katibi Sergey Diyakonunu qəbul edib.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, qonağı salamlayan nazir V.Eyvazov Moldova ilə Azərbaycan arasında əlaqələrin və qarşılıqlı münasibətlərin getdikcə daha da dərinləşdiyini məmnunluqla vurğulayıb. Azərbaycan Respublikasının son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan sabitliyin yaradıldığını, onun dönməzliyinin təmin olunduğunu qeyd edən nazir bildirib ki, kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ilk növbədə vətəndaşlarımızın, həmçinin də əcnəbilərin respublikamızda təhlükəsiz, əminamanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələri üçün əlverişli mühit formalaşıb.

V.Eyvazov qeyd edib ki, Azərbaycanın Daxili İşlər Nazirliyi Moldovanın hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda inkişaf etdirilməsinə böyük önəm verir. Bu əlaqələrin normativ-hüquqi bazası ilk növbədə qarşılıqlı hüquqi yardım göstərilməsi, təcrübə mübadiləsi və dövlətlərarası müqavilələrə əsaslanır.

Səmimi qəbula görə təşəkkürünü bildirən Sergey Diyakonu belə səfərlərin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan verəcəyinə əminliyini, Moldova DİN-in də bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini, azərbaycanlı həmkarlarının cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə etdikləri müsbət təcrübənin öyrənilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri, narkotiklərin qanunsuz dövriyəsi, habelə transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Qəbulda Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.

Səfər çərçivəsində S.Diyakonu DİN-in "102-Zəng Mərkəzi"nə, "Təhlükəsiz şəhər" Xidmətinə və Əlahiddə Çevik Polis Alayına gedərək həmin qurumların fəaliyyətləri ilə yaxından tanış olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
19:05 07.10.2026
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
19:00 07.10.2026
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
18:40 07.10.2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
18:27 07.10.2026
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
18:14 07.10.2026
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
18:06 07.10.2026
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:57 07.10.2026
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
17:49 07.10.2026
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
17:39 07.10.2026
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
17:22 07.10.2026
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
“Messi futboldan gedir, amma...”
17:07 07.10.2026
“Messi futboldan gedir, amma...”
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
17:05 07.10.2026
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
16:56 07.10.2026
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB
16:55 07.10.2026
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB
Türkiyədə gəmi qəzasında itkin düşənlərdən daha birinin meyiti tapıldı
16:47 07.10.2026
Türkiyədə gəmi qəzasında itkin düşənlərdən daha birinin meyiti tapıldı
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
16:41 07.10.2026
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman