Virus infeksiyasına qarşı yeni burun spreyi hazırlanıb

Virus infeksiyasına qarşı yeni burun spreyi hazırlanıb
SAĞLAMLIQ
23:15 03.03.2021
786
Virusla mübarizədə peyvənd qədər əhəmiyyətli olan vasitələrdən biri də onu öldürən və yoluxmanın çoxalmasının qarşısını alan farmokoloji birləşmələr və dərmanlardır. Son günlər bu sahədə nəticələri heyvanlar üzərində uğurla yekunlaşan təqdimat aparılıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin dediyinə görə, yeni hazırlanan dərman vasitəsi virusla mübarizədə böyük bir uğurun başlanğıcı ola bilər: "Aparılan tədqiqat nəticəsində aşkar olunub ki, burun spreyi şəklində həmin birləşmələri alan heyvanlar tam şəkildə virusdan qorunurlar. Elmi tədqiqatın metodik hissəsində bu barədə daha geniş və aydın izah edilir. Bu cür burun spreylərinin pandemiya bitənə qədər insanlar arasında tətbiq edilməsi üçün tədqiqatların nəticəsini gözləmək lazımdır".

Tədqiqatlar nəticəsində məlum olub ki, bu birləşmə 24 saat heyvanların ağciyərlərində qalır, orada effektli təsir göstərir və hətta müəyyən qədər qana keçir. İki dəfə sprey vurulmuş heyvanları 6 saat sonra virusa yoluxmuş heyvanlarla eyni yerə toplayıblar. Nəticədə birləşmə tətbiq edilən heyvanlarda virusdan müdafiə 100 faiz olub.

Azərbaycanlı alim deyib: "Peyvəndin tətbiqi pandemiya ilə mübarizədə çox əhəmiyyətlidir və onun aradan qaldırılması üçün vacibdir. COVID-19 isə pandemiyadan əvvəl də olub və bundan sonra da olacaq. Bunu nəzərə alaraq qeyd etmək lazımdır ki, bu cür burun spreylərinin tətbiqi gələcəkdə çox faydalı olacaq".

Gələcəkdə sağlam insanın virusa yoluxmuş şəxslə təmasda olması faktı aşkarlanarsa, həmin spreydən 24 saat müddətində istifadə etmək nəzərdə tutulur. Tədqiqatın digər maraqlı nəticəsi isə yeni virus ştammlarna, xüsusilə də "Britaniya ştammı"na qarşı effektivliyinin sübut olunmasıdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
10:39 02.07.2025
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
10:28 02.07.2025
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
10:26 02.07.2025
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
10:26 02.07.2025
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
10:11 02.07.2025
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
Məhəbbət Kazımovun doğum günüdür
10:11 02.07.2025
Məhəbbət Kazımovun doğum günüdür
ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib - FOTOLAR
10:03 02.07.2025
ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib - FOTOLAR