Virusa yoluxub sağalanları maraqlandıran suallara CAVAB

Virusa yoluxub sağalanları maraqlandıran suallara CAVAB
SAĞLAMLIQ
14:23 02.03.2021
724
ABŞ-ın Şimali Karolina şatatının Dyuk Universiteti xəstəxanasının yoluxucu xəstəliklər üzrə mütəxəssisi Beki Smit koronavirus infeksiyası, yoluxmalar, peyvəndlənmə ilə bağlı CNN kanalına açıqlama verib.
 
Doktor Smit pandemiya başlanandan bəri il ərzində öyrəndiklərini bölüşüb və virusa yoluxmuş insanları maraqlandıran əsas sualları cavablandırıb.

Yenidən yoluxma riski nə qədərdir?

Beki Smitin sözlərinə görə, peyvəndlənmədən sonrakı 90 gün ərzində infeksiyaya yenidən yoluxma riski çox aşağıdır: "Ancaq yenə də risk mövcuddur. Ona görə tədbirli olmaq məsləhət görülür.

COVİD-19 infeksiyası digər viruslar kimi zamanla dəyişir və bu mutasiyalar nəticəsində virusun yeni növləri ortaya çıxır.

Koronavirusun dəyişməsi və inkişaf etməsi alimləri təəccübləndirmir. Çünki virusların mutasiyaya uğrama xüsusiyyəti var. Virusun mutasiyaya uğraması onun nəzarətdən çıxmasına şərait yaradır.

İndiyə qədər koronavirusun daha çox diqqət çəkən üç yeni növü müəyyən edilib: ilk dəfə Böyük Britaniyada meydana gələn B.1.1.7, Cənubi Afrikada aşkarlanan B.1.351 və Braziliyada təsbit olunan P.1 variantları.

ABŞ-ın baş infeksionisti Entoni Fauci koronavirus variantlarının yaz aylarında daha çox fəallaşacağını proqnozlaşdırıb.

Yenidən yoluxma riskinin qeyri-müəyyənliyinin səbəblərindən biri də koronavirusa qarşı antitellərin insan orqanizmində neçə müddət qalmasına dair məlumatın olmamasıdır”.

Antitellər orqanizmdə nə qədər qala bilər?

Antitellər – virusa yoluxduqdan sonra orqanizmin özünün yaratdığı zülallardır. Onlar infeksiya ilə mübarizə aparmağa və insanı bu xəstəlikdən qorumağa yardım edir. Ancaq hazırkı araşdırmalar nəticəsində müəyyən olunub ki, koronavirusun bəzi variantları antitellərdən yayına bilir. Bu, koronavirus xəstəliyi keçirmiş insanın yenidən potensial yoluxucuya cevirilməsinə imkan verir.

Beki Smit bildirib ki, Oksford Universitetinin minlərlə səhiyyə işçisi üzərində apardığı geniş tədqiqat göstərib ki, orqanizmində COVİD-19 antiteli yaranmış insanların 0,5%-i altı ay ərzində ikinci dəfə infeksiyaya yoluxub.

Beki Smitin sözlərinə görə, virusa qarşı immuniteti olan insanlar onu burnunda və ya boğazında daşıyaraq başqalarına ötürə bilərlər.

Koronavirusa yoluxmuş insan peyvənd olunmalıdırmı?

Səhiyyə nümayəndələri və həkimlər COVİD-19 xəstəliyindən sağalmış insanları peyvəndlənməyə çağırırlar. Klinik tədqiqatlardan əldə olunan son məlumatlar vaksinlərin təhlükəsiz olduğunu və koronavirus xəstəliyi keçirmiş insanları təkrar yoluxmadan qoruduğunu göstərir.

Doktor Smit koronavirus infeksiyasına yoluxub sağalmış insanın hər ehtimala qarşı peyvənd olunmasını tövsiyə edir: "Peyvənd müdafiəni daha yüksək səviyyədə təmin edə bilir. COVİD-19 xəstəsi olan pasiyentin infeksiyanın simptomları aradan qalxana və təcriddən çıxana kimi peyvənd olunması isə məsləhət görülmür”.

Beki Smit bəzi peyvəndlərin koronavirusun yeni formalarına qarşı müəyyən dərəcədə effektli olduğunu da qeyd edir.

Sağalandan sonrakı problemlər hansılardır?

Doktor Smitin sözlərinə görə, koronavirusdan sağalanların çoxu həftələr və ya aylar ərzində xəstəliyin simptomlarını yaşaya bilərlər: "Pasiyentlər davamlı yorğunluq, baş ağrısı, beyin dumanlanması, konsentrasiya pozuntusu, oynaq ağrıları, öskürək, təngnəfəslik, qızdırma, dad, qoxu dəyişikliyi və digər simptomlarla qarşılaşa bilərlər. COVİD-19 simptomlarının davamlı olub-olmaması xəstəliyin şiddətindən asılıdır”.
 
///Novator.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
23:31 02.05.2025
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
22:47 02.05.2025
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
“Traktor” vaxtından əvvəl İran çempionu olub
22:27 02.05.2025
“Traktor” vaxtından əvvəl İran çempionu olub
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
22:13 02.05.2025
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
21:55 02.05.2025
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
21:33 02.05.2025
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
21:24 02.05.2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
21:12 02.05.2025
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
21:05 02.05.2025
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
20:42 02.05.2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
20:31 02.05.2025
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
20:20 02.05.2025
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
20:09 02.05.2025
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
19:59 02.05.2025
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək