Virusoloq: Koronavirusun növbəti dalğalarından yalnız peyvənd sayəsində qurtulmaq olar

SAĞLAMLIQ
23:18 16.09.2020
412
Rusiyada koronavirusun ikinci və sonrakı dalğalarından yalnız kütləvi peyvənd sayəsində qurtulmaq olar.
 
AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Nikolay Fyodoroviç Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun direktoru Aleksandr Qinzburq deyib.

"Biz yaxşı populyasiya səviyyəsində peyvənd olunmasaq, təəssüf ki, həm ikinci, həm üçüncü, həm də onuncu dalğa olacaq", - deyə o, Birinci kanalda yayımlanan "Dok-tok" proqramının efirində bildirib.

Rusiya İctimai Rəyin Tədqiqi Mərkəzinin avqustun 12-nə olan məlumatına əsasən, ölkə vətəndaşlarının 40 faizindən çoxu yeni "Sputnik V" vaksini ilə peyvənd olunmağa hazırdır. Sorğuda 18 yaşdan yuxarı 1,6 min rusiyalı iştirak edib.

OXŞAR XƏBƏRLƏR

X Mostbet