Vladimir Putin fəaliyyətini özünütəcrid rejimində davam etdirir

DÜNYA
14:41 24.09.2021
577
"Rusiya Prezidenti Vladimir Putin koronavirusa görə özünütəcrid rejimdə yaşayır".

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sentybarın 24-də jurnalistlərə bildirib.

"Özünütəcrid şərti məhudiyyətdir. Onsuz da dövlət başçısı həmişə gündəlik iş rejimi ilə öz yerindədir”, - o qeyd edib.

Mətbuat katibi deyib ki, karantinə görə Vladimir Putinlə şəxsən təmasda olmur.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin koronavirusdan qorunmaq üçün sentyabrın 14-dən özünütəcrid rejiminə keçib. Bildirilib ki, V.Putinin daimi ünsiyyətdə olduğu dövlət məmurları COVID-19 infeksiyasına yoluxublar. Ona görə də Rusiya Prezidenti özünütəcrid rejimində işləyir.
 
///Report

OXŞAR XƏBƏRLƏR