Vüqar Səfərli jurnalist binalarının tikintisində milyonlarla vəsaiti mənimsəyib

Vüqar Səfərli jurnalist binalarının tikintisində milyonlarla vəsaiti mənimsəyib
SOSİAL
15:37 14.01.2021
1031
"Aparılmış istintaqla müəyyən edilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, "Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib.

AZXEBER.COM xəbər ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə "Portos” MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsənilib:

"Bu cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında "Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib”.

Qeyd edək ki, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

Ümumi iş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
09:10 13.11.2026
MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
09:02 13.11.2026
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır
08:55 13.11.2026
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır
Məşhur bloqer oğurlanan superkarını internetdə yayılan videoda küçədə "drift" edərkən gördü
08:48 13.11.2026
Məşhur bloqer oğurlanan superkarını internetdə yayılan videoda küçədə "drift" edərkən gördü
"SpaceX" və "Tesla" dekabrda birləşə bilər
08:36 13.11.2026
"SpaceX" və "Tesla" dekabrda birləşə bilər
İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər
08:31 13.11.2026
İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:24 13.11.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
SEPAH ABŞ-ın Bəhreyndəki radar sistemini məhv etdiyini açıqlayıb
08:20 13.11.2026
SEPAH ABŞ-ın Bəhreyndəki radar sistemini məhv etdiyini açıqlayıb
Qrup lideri səfərdə: Millimiz Lixtenşteynə qarşı
08:06 13.11.2026
Qrup lideri səfərdə: Millimiz Lixtenşteynə qarşı
Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib
08:04 13.11.2026
Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib
İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi
07:55 13.11.2026
İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi
Kafedə atışma olub, ölən və yaralananlar var
07:03 13.11.2026
Kafedə atışma olub, ölən və yaralananlar var
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
06:53 13.11.2026
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
İsrail Ordusu Qəzzada HƏMAS-ın yüksəkrütbəli komandirini öldürüb
06:43 13.11.2026
İsrail Ordusu Qəzzada HƏMAS-ın yüksəkrütbəli komandirini öldürüb
"Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı
06:33 13.11.2026
"Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı
Krakovda növbəti dəfə atışma olub, polis şübhəli şəxsi saxlayıb
06:23 13.11.2026
Krakovda növbəti dəfə atışma olub, polis şübhəli şəxsi saxlayıb