Vüsal Qasımlı: "Büdcədə investisiya və cari xərclərə yenidən baxılır"

Vüsal Qasımlı: "Büdcədə investisiya və cari xərclərə yenidən baxılır"
İQTİSADİYYAT
10:13 15.04.2020
1493
"XX əsrdə ən sərt qlobal iqtisadi böhran, ən aşağı neft qiyməti və ən miqyaslı pandemiya Azərbaycanda icmal büdcənin gəlirlərinə təsir edir”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APAEconomics”ə verilən məlumata görə, bunu Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu ilin ilk rübündə dövlət  büdcəsinin mədaxili 7 811 mln. manat,  xərcləri 5 255 mln. manat olmaqla, profisit  2 556 mln. manat təşkil etsə, ilin qalan hissəsində vəziyyətin əlverişliliyi azalır: "İlk rübdə vergi və gömrük orqanları gəlir proqnozunu 312,2 mln. manat artıqlaması ilə təmin etsə də, dərinləşən qlobal resessiya və pandemiya ilə bağlı qeyri-müəyyənlik gəlirlərə mənfi təsir edir. Qlobal şoklar davam etdikcə, milli iqtisadiyyata fiskal dəstək siyasəti çərçivəsində gəlirlərə və xərclərə yenidən baxılır.

Ekspertin fikrincə, Azərbaycanda büdcə parametrlərinə yenidən baxmaqla yanaşı, həm də makroiqtisadi çərçivə dəyişir. Çünki büdcə çərçivəsinə dəyişiklik üçün fiskal çərçivəyə və buna da uyğun olaraq makroiqtisadi çərçivəyə yenidən baxmaq zərurəti yaranır. "Makro parametrlərin düzgün tərtibi büdcə göstəricilərinin proqnozlaşdırılmasını şərtləndirir. Bunun üçün Milli Hesablar Sistemində (MHS) istehsal, ilkin və təkrar bölgü və son istifadə hesabları təhlil olunmalıdır. Biz ÜDM-in xərclər üsulu əsasında yenidən qiymətləndirilməsini aparmalıyıq ki, ona müvafiq də dövlət büdcəsinin funksional təsnifatına uyğun proqnozlaşdırma edək. Funksional təsnifat öz növbəsində iqtisadi təsnifatı da ehtiva edir. ÜDM-in xərclər üsulu ilə təhlili göstərir ki, ilin qalan hissəsində ev təsərrüfatlarının və dövlət idarələrinin istehlakı, həmçinin xalis ixrac azalmağa meyilli olacaq. Digər tərəfdən aşağı qiymətlər hesabına neft sektorundan, həmçinin qeyri-neft sektorunda pandemiyanın ən çox təsir etdiyi 20 sektordan gəlirlər azalacaq”, - deyə V. Qasımlı bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:36 31.07.2026
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
10:18 31.07.2026
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"