WhatsApp-da yeni̇li̇k - Avatarlar ləğv ediləcək

WhatsApp-da yeni̇li̇k - Avatarlar ləğv ediləcək
SOSİAL
21:05 05.05.2026
331
"WhatsApp" tətbiqi istifadəçilər üçün avatar funksiyasını mərhələli şəkildə ləğv etməyə başlayır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ilk olaraq avatarların redaktəsi deaktiv ediləcək, daha sonra isə bu funksiya tamamilə tətbiqdən çıxarılacaq.

Artıq bəzi istifadəçilərə bununla bağlı bildirişlər göndərilir.

Bu qərar "Meta Platforms" şirkətinin prioritetlərində dəyişikliklə əlaqələndirilir. Bir vaxtlar "metaverse" strategiyasının bir hissəsi kimi təqdim olunan avatarlar indi əvvəlki əhəmiyyətini itirib.

Qeyd edək ki, avatarlar 2022-ci ilin sonlarında istifadəyə verilmişdi. Funksiya silinsə də, istifadəçilərin profil şəkilləri əvvəlki kimi qalacaq.
OXŞAR XƏBƏRLƏR