"WhatsApp” istifadəçiləri artıq mesajlarını əvvəlcədən hazırlayaraq istədikləri tarix və saatda avtomatik göndərmək imkanından yararlana biləcəklər.
AZXEBER.COM xəbər verir ki, yeni funksiya vasitəsilə istifadəçilər mesajın göndəriləcəyi vaxtı əvvəlcədən seçə biləcəklər. Bu imkan "WhatsApp”ın Android və iOS beta versiyalarında mərhələli şəkildə sınaqdan keçirilir.
Yenilik sayəsində istifadəçilər mesajı yazdıqdan sonra göndər düyməsini basıb saxlamaqla tarix və saat seçimi edə biləcəklər. Mesaj seçilən vaxtda avtomatik göndəriləcək. Bunun üçün tətbiqin həmin anda açıq olması da tələb olunmayacaq.
Funksiya həm şəxsi yazışmalarda, həm də qrup çatlarında işləyəcək. İstifadəçilər mətnlə yanaşı, foto, video və linkləri də əvvəlcədən zamanlaya biləcəklər.
Məlumata görə, mesajları ən azı 10 dəqiqə sonraya, maksimum isə iki həftə əvvələ planlaşdırmaq mümkün olacaq. Zamanlanmış mesajları göndərilməzdən əvvəl xüsusi bölmədən görmək və silmək də mümkün olacaq.
Qeyd edək ki, yeni funksiya hələ bütün istifadəçilər üçün əlçatan deyil. "WhatsApp” yeniliyi beta istifadəçilərinə mərhələli şəkildə təqdim edir.
Aynur Babazadə











































