“WhatsApp” yazışmasına görə bacısını öldürən gəncə CƏZA VERİLDİ

“WhatsApp” yazışmasına görə bacısını öldürən gəncə CƏZA VERİLDİ
KRİMİNAL
23:10 14.11.2022
914
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Aqil Mustafayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

AZXEBER.COM "pravda.az”a istinadən xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə bu ilin iyulunda Tərtər rayonunda baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü A.Mustafayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1982-ci il təvəllüdlü bacısı Leyla Mustafayevanı bıçaqla qətlə yetirib.

A.Mustafayev qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, o, uzun müddətdir başqa şəxslərlə münasibətdə olmasından şübhələndiyi bacısının mobil telefonuna daxil olan zəng və ismarışları izləmək qərarına gəlib. 14 iyul 2022-ci il tarixində, saat 08:00 radələrində L.Mustafayevanın işdə olmasından istifadə edərək yaşadığı evdə qadına məxsus mobil telefonu ələ keçirib incələyən zaman "WhatsApp”da Rusiya Federasiyasının mobil operator şəbəkələrindən birində qeydiyyata alınmış, istintaqa məlum olmayan mobil nömrədən mütəmadi olaraq intim məzmunlu ismarışlar göndərildiyini və müxtəlif tarixlərdə adını bilmədiyi şəxslə intim mövzularda yazışdığını aşkarlayıb.

Daha sonra A.Mustafayev L.Mustafayevanın əxlaqsızlıq etməsi, bununla da ailəsinin namusuna xələl gətirməsi səbəbindən bacısını qəsdən öldürmək qərarına gəlib. O, qadının işlədiyi çörək sexinə gedərək L.Mustafayevanı guya azyaşlı övladları xəstələndiyi üçün həkim nəzarətində olduqlarına görə təcili şəkildə onunla getməli olduğunu bildirib. Qadını avtomobilin arxa oturacağına əyləşdirdikdən sonra Tərtər-Şıxarx yolu ilə Şıxarx qəsəbəsi istiqamətinə gediblər.

A.Mustafayev bacısını yolun kənarındakı su boru xəttinin yaxınlığına apararaq ona bir neçə bıçaq zərbəsi endirməklə qətlə yetirib.

O, ifadəsində deyib ki, hadisənin ardınca yaşadığı evə gedərək paltarlarını dəyişib könüllü şəkildə Tərtər Rayon Prokurorluğuna yollanıb və törətdiyi cinayət əməlini etiraf edərək təqsirini boynuna alıb. Həmçinin A.Mustafayev əlavə olaraq 2020-ci ilin xatırlamadığı günündə bacısı Leylanı Şıxarx qəsəbəsində tanımadığı şəxsə məxsus avtomobildə gördüyünü, buna çox qəzəblənsə də, qadının etdiklərini görməzdən gələrək bağışladığını bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
03:33 11.10.2026
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
03:16 11.10.2026
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı