“WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük etimadın göstəricisidir” - Deputat

“WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük etimadın göstəricisidir” - Deputat
SİYASƏT
15:49 15.05.2026
726
"Şəhərsalma Forumu şəbəkələşmək, dünya siyasətçilərinin və şəhərsalma ekspertlərinin bir araya gəldiyi bir platformadır. Bu da ölkəmizin nüfuzu baxımından önəmlidir. Ümumilikdə bu forumun keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun tanınmasına xidmət edəcək".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

O bildirib ki, WUF13 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən etimaddır: 

"Ümumdünya Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsi çox önəmli bir tədbir kimi qiymətləndirilir. Çünki bu forum BMT-nin ən tanınmış və iştirakçıların sayına, əhatə etdiyi coğrafiyaya görə dünyanın ən böyük platformalarından biridir.
Şəhərsalma Forumu elə bir forumdur ki, burada demək olar ki, dünyanın bütün regionlarından urbanizasiya prosesinə aid olan ölkələrin rəsmi şəxsləri, rəhbərləri, mühüm ekspertləri və siyasətçiləri iştirak edirlər. Həm də burada təkcə siyasi qurumlar deyil, xüsusilə infrastrukturun quraşdırılması və infrastrukturla məşğul olan dünya səviyyəli ekspertlər təmsil olunur. Bu bizim üçün böyük şərəfdir. BMT-nin belə bir tədbirinin ölkəmizdə keçirilməsi həm də Azərbaycana göstərilən etimaddır. Artıq Azərbaycanın möhtəşəm tədbirlərə ev sahibliyi etmək təcrübəsi var, dünyanın etimadını qazanmış bir ölkəyik”.

Deputat vurğulayıb ki, Azərbaycan bundan öncə də mötəbər tədbirlər ev sahibliyi edib:

"Azərbaycan COP29 kimi qlobal miqyaslı bir tədbirə ev sahibliyi edək. Bundan sonra Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edib. Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük qurumdur. Daha sonra Azərbaycan 2014-2015-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Yəni ölkəmizin bu sahədə çox böyük təcrübəsi var və bu baxımdan Şəhərsalma Forumunun da Azərbaycanda keçirilməsi böyük əhəmiyyət daşıyır”.

Parlamentari qeyd edib ki, Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda şəhər və qəsəbələri yenidən müasir dünya standartlarına uyğun qurur:

"Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda Ermənistanın işğalçı qüvvələrinin yerlə-yeksan etdiyi şəhər və qəsəbələri yenidən müasir dünya standartlarına, şəhərsalma standartlarına uyğun qururuq və bərpa edir. Bu da dünyanın şəhərsalma ilə bağlı ekspertlərinin və rəsmi qurumlarının diqqətini çəkən məqamdır. Biz şəhərsalma prosesində yeni texnologiyalardan, yeni metodlardan, "ağıllı şəhər”, "ağıllı kənd” konsepsiyalarından istifadə edirik. Qarabağa və Şərqi Zəngəzura səfər edən xarici qonaqlar  orada qısa bir zamanda saldığımız şəhərləri, qəsəbələri görəndə çox təsirlənirlər. Bir tərəfdən də bu, BMT-nin Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi üçün stimul olub.
Yəni dünya Azərbaycanın qısa bir zaman ərzində yerlə-yeksan olmuş şəhərləri necə, Şəhərsalma Forumunda qeyd olunan prinsiplərə uyğun olaraq yenidən qurduğunun şahidi olur”. 

Deputat bildirib ki, Şəhərsalma Forumu şəbəkələşmək baxımından önəmlidir:

"Şəhərsalma Forumu şəbəkələşmək, dünya siyasətçilərinin və şəhərsalma ekspertlərinin bir araya gəldiyi bir platformadır. Bu da ölkəmizin nüfuzu baxımından önəmlidir. Ümumilikdə bu forumun keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun tanınmasına xidmət edəcək. Xüsusilə də yeni metod və texnologiyalar, yeni know-how yanaşmaları, kreativ şəhərsalma düşüncələri dünyada çox müzakirə olunur. Bununla bağlı ciddi müzakirələr gedir. Bu baxımdan da Azərbaycanda forumun keçirilməsi həm də bizim dünyada mövcud olan təcrübəni öyrənməyimiz üçün yaxşı imkandır. Çünki dünyanın ən önəmli təcrübəyə malik ekspertləri, bilikləri ilə gəlib bu forumda iştirak edirlər. Həm bizim təcrübəni onlarla paylaşmaq, həm də onların biliklərini və təcrübəsini öyrənmək baxımından bu çox önəmlidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə çatıb
17:37 30.09.2026
İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə çatıb
Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
17:32 30.09.2026
Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
CENTCOM: ABŞ İraqdan qoşunlarını çıxarıb, İŞİD-ə qarşı 12 illik əməliyyat başa çatıb
17:27 30.09.2026
CENTCOM: ABŞ İraqdan qoşunlarını çıxarıb, İŞİD-ə qarşı 12 illik əməliyyat başa çatıb
Limit 20 mindən 50 minə qaldırıldı - Bu tarixdən
17:16 30.09.2026
Limit 20 mindən 50 minə qaldırıldı - Bu tarixdən
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTOLAR
17:08 30.09.2026
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTOLAR
Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib
16:59 30.09.2026
Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
16:55 30.09.2026
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
16:44 30.09.2026
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Hərbçilərin əməkhaqları artırılır
16:34 30.09.2026
Hərbçilərin əməkhaqları artırılır
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
16:14 30.09.2026
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
16:09 30.09.2026
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Belə insanlardan uzaq durun – Xeyrindən çox ziyanı var
15:41 30.09.2026
Belə insanlardan uzaq durun – Xeyrindən çox ziyanı var
Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
15:30 30.09.2026
Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənildi
15:26 30.09.2026
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənildi
“Boşanmaların statistikası 50 faizi ötüb” - Ailə dəyərləri necə qorunmalıdır?
15:25 30.09.2026
“Boşanmaların statistikası 50 faizi ötüb” - Ailə dəyərləri necə qorunmalıdır?
20 min manatlıq limit sabahdan qüvvəyə minir
15:17 30.09.2026
20 min manatlıq limit sabahdan qüvvəyə minir