Xalq artisti: "Adımdan danışıb pullar qazanıblar"

Xalq artisti: "Adımdan danışıb pullar qazanıblar"
MAQAZİN
19:11 20.05.2026
300
Xalq artisti Könül Xasıyeva efirdə etdiyi açıqlama ilə diqqət çəkib.

AZXEBBER.COM xəbər verir ki, xanəndə adından istifadə edərək pul qazanan şəxslərdən danışıb və illər əvvəl yaşadığı problemləri dilə gətirib.

Xasıyeva bildirib ki, əvvəllər telefon zənglərinə özü cavab vermədiyi üçün bəzi insanlar bundan sui-istifadə edib:

"Əvvəllər telefonuma özüm cavab vermirdim. Çox zənglər olurdu. Adımdan danışıb pullar qazanıblar".

Sənətçi qeyd edib ki, zaman keçdikcə həmin şəxsləri ətrafından uzaqlaşdırıb:

"Mən də o insanları zamanla ətrafımdan təmizləmişəm. Eşitdikcə onları həyatımdan uzaqlaşdırmışam. İndi zənglərə də özüm baxıram. Konsertlərimdə bütün ansamblın pulunu əvvəldən verirəm".


OXŞAR XƏBƏRLƏR