Xanəndəmizin ifası birinci oldu

Xanəndəmizin ifası birinci oldu
MARAQLI
11:20 18.11.2011
1681

Xanəndə Qoçaq Əsgərovun bu ilin mayında İtaliyanın "Filmay" musiqi şirkəti tərəfindən buraxılan diski sürətlə müxtəlif ölkələrə yayılır. YUNESKO-nun eksperti, layihənin təşəbbüskarlarından olan Sənubər Bağırovanın verilən məlumatına görə, Fransada bir qrup musiqiçinin rəyi əsasında sözügedən disk 2010-cu ilin ən yaxşı toplusu adını qazanıb. İfaçının digər uğurunun sorağı Almaniyadan gəlib. Belə ki, disk barəsində rəy bildirən bir neçə mütəxəssis Azərbaycan musiqisinin dünya miqyasında tanıdılmasında diskin əhəmiyyətini vurğulayıblar. Onlar "Filmay"in layihəsini dəstəkləyiblər. İngiltərənin mətbuatında isə yazılıb ki, Qoçaq Əsgərovun səs imkanları olduqca genişdir və o, böyük səhnələri fəth etməlidir. Qeyd edək ki, sözügedən disk artıq onlarla ölkənin radio stansiyasında səslənir. Onu da qeyd edək ki, "Filmay" şirkəti Qoçaq Əsgərovun İtaliya konsertini internetə yükləyərək, böyük dinləyici auditoriyasına təqdim edib. Diskin satışına gəlincə Sənubər xanım bunları dedi: "Diskin satışı yalnız əcnəbi ölkələrdə nəzərdə tutulub. Bizim Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi diskin tirajlanması ilə bağlı müvafiq sənədə imza atıb. Şirkət həmin tirajdan nazirliyə diski hədiyyə edib, yəni burada satışı nəzərdə tutulmayıb. Əgər tələbat satışı üstələyərsə, tirajın artırılması ehtimalı yarana bilər. Qeyd edim ki, İtaliyanın həmin şirkəti diski elektron variantda da satışa çıxarıb". Sənubər xanım sonda vurğuladı ki, "Filmay"in Azərbaycan musiqisinin təbliğatı ilə bağlı layihəsi bununla yekunlaşmır. "Layihə çərçivəsində 6 diskin işıq üzü görməsi planlaşdırılıb. Bunlardan ikisi iki xanəndənin payına düşür. Qalan 4 diskə aşıq havaları, instrumental musiqilər və s. daxil edilib eyni qaydada satışa çıxarılacaq".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir