Xanım Qafarovanın əri danışdı: Mənim Xanımdan olan qızım yaşda nəvələrim var

Xanım Qafarovanın əri danışdı: Mənim Xanımdan olan qızım yaşda nəvələrim var
MƏDƏNİYYƏT
17:05 29.08.2014
10749
Xanım Qafarovanın əri: “Ondan pislik görmədim”
“Mənim Xanımdan olan qızım yaşda nəvələrim var. Xanım Qafarova ikinci həyat yoldaşım olub. Yalan danışmaq istəmirəm, biz dini kəbinlə evlənmişik”. Bunu Lent.az-a mərhum əməkdar artist, Dövlət Musiqili Teatrının aktrisası Xanım Qafarovanın həyat yoldaşı Aqil Gülmalıyev deyib.
A. Gülmalıyev əvvəl müsahibə verməyə razılaşmasa da, daha sonra şəkilinin çəkilməməsi şərtilə danışmağa razı olub. O bildirib ki, ilk və son dəfə danışıb, bəzi şayiələrə aydınlıq gətirmək istəyir: "Xanımla tanışlığım çox xoş oldu. Səmimi və sadə qız idi. Bir-birimizi tanıdıqdan sonra 2006-cı il avqustun 20-də ailə həyatı qurmağa qərar verdik. Dediyim kimi, kəbin kəsdirdik, xoş günlərimiz oldu, amma o günlərimiz elə də çox çəkmədi. Tanrının alın yazısı idi, bu həyatdır. Daim ondan razı olmuşam. Pis münasibətim olsa idi, qohumları məni yas yerinə qoymazdılar".
A. Gülmalıyev deyib ki, Xanım Qafarova onun ikinci həyat yoldaşı olub: "İki dəfə evlənmişəm. Mənim 4 övladım, 6 nəvəm var. Oğlum, qızım ali təhsillidir. Biz Xanımla ayrılmamışdıq. İstəsəniz, onun anasından indi də soruşa bilərsiniz. Sadəcə, onun xəstəliyinə və ev şəraitinə görə bir yerdə yaşaya bilmirdik. Evim Mehdiabad qəsəbəsindədir, Xanım orda yaşamaq istəmədi. Çünki işlədiyi Musiqili Komediya Teatrından uzaqda idi. Bəzən elə olurdu ki, gündə üç dəfə işə gedib-gələsi olurdu. Aldığı maaşda elə yüksək deyildi ki, taksiyə versin. Ona görə qərara gəldik ki, işinə yaxın yerdə yaşasın. Qismətdə elə gətirdi ki, “Kubuinka”da balaca, şəraitsiz evdə yaşayası oldu, amma mənsiz".
A. Gülmalıyev deyib ki, həmin evdə yaşamaq istəməyib: " Mən o evdə yaşaya bilməzdim. Xanıma bir gün təklif elədim ki, gəl kirayə ev tutaq, bir yerdə qalaq, amma razı olmadı. Hətta bu təklifi o, xəstə olanda da etmişdim. Etiraf edirəm, mən öz evimi qoyub, o balaca evdə bir gün də yaşamaram. Ayrı yaşamağımıza da səbəb bu oldu. O, mənimlə bir yerdə qalmaq istəmədi".
X. Qafarovanın həyat yoldaşı indi işsizdir: "Vaxtilə yaxşı vəzifələrdə işləmişəm, imkanım olub. İndi yaşla əlaqədar olaraq işsizəm. İyirmi ilə yaxın restoranda işləmişəm. Bundan əlavə əlillər, qocalar evində direktor müavini olmuşam, sonra özüm işdən çıxmışam".
A. Gülmalıyev X. Qafarova haqqında səmimi sözlər deyir: "Çox səmimi insan idi, ondan pislik görmədim. Yalnız sənəti ilə məşğul idi, belə deyək, sənətinin fədaisi idi. Amma Tanrının yazdığı ömür qısa oldu".
Həyat yoldaşının dediyinə görə, Xanım Qafarova ilə nikahından olan qızı ana nənəsi ilə qalır: "O, özü belə vəsiyyət eləyib. Heç vaxt istəmərəm ki, uşağı nənəsindən ayıram, nənəsi gözü yaşlı qalsın. Çünki qızım ana qayğısından çox, nənə nəvazişi görüb. Övladım bir həftə bizdə, 3-4 gün isə nənəsinin yanında qalır".
A. Gülmalıyev bildirib ki, X. Qafarova ilə dünyasını dəyişməmişdən 4-5 gün əvvəl görüşüb: "Getmişdim yanına. Məndən bircə xahişi o oldu ki, uşağa yaxşı baxım, amma nənəsindən ayırıb, çəkindirməyim”. Mən də ona söz verdim ki, heç vaxt ayırmayacağam".
Atasının dediyinə görə, qızları Gövhər hələ də anasının ölümündən xəbərsizdir: " Gövhər anasının ölümündən xəbərsizdir. Dua edir, deyir, razıyam 5 il anamı görməyim, amma o sağ-salamat müalicədən qayıtsın. Elə bilir ki, Xanım hələ də Türkiyədə müalicə olunur".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif