Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...

Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...
SİYASƏT
16:39 17.10.2023
352
Azərbaycanın 20 faizdən artıq ərazisi 30 il erməni cinayətkarlarının işğalı altında qaldı. Erməni istilasından sonra 900  yaşayış məntəqəmiz zəbt edildi. Bir sıra şəhər və kədlərimiz yerlə yeksan olundu, yer üzündən, demək olar ki, silindi. 

Erməni təcavüzkarları bununla da kifayətlənməyərək digər rayonlarımızı da mütəmadi olaraq atəşə tutur, dinc əhaliyə və kənd təsərrüfatına  ziyan vururdular. Bu müddət ərzində bir milyondan çox soydaşlarımız Azərbaycanın bir sıra rayonlarında və Bakı şəhərində məskunlaşaraq vətən həsrətilə ağır şəraitdə yaşadılar.

Xalqın istək və təkidi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev danışıqlar yolu ilə atəşkəsə nail oldu. Atəşkəs dövründə əsasən Ordunun yaradılmasına və güclənməsinə önəm verildi. 

Ümummilli Liderimiz deyirdi: "Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir”.

Dünya şöhrətli, uzaqgörən siyasətci Heydər Əliyev özünün siyasi varisi olan cənab İlham Əliyevə özü qədər inanırdı. İnanırdı ki, onun başladığı işi Prezident və Ali Baş Komandan olaraq İlham Əliyev başa çatdıracaq.

Ulu Öndər inamla vurğulayırdı: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.

20 il əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının  və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edərək Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.

Artıq o gün gəlib çatdı. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin diplomatik bacarığı, siyasəti, Azərbaycan Ordusunun yüksək hazırlığı, müasir silahlarla silahlanması və xalqın öz prezidentinə inamı və Prezidenti ətrafında sıx birləşməsi sayəsində torpaqlarımız erməni separatçılarının təcavüzündən tamamilə azad edildi.

Biz Müzəffər Ali Baş Komandanımız və Şanlı Müzəffər Ordumuzla fəxr edirik. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni yerinə yetirməyə qadir və hazırdır.
Ordumuz bunu 44 günlük Vətən Müharibəsində döyüş meydanında sübut etdi. 

Azərbaycan düşməni kapitulyasiya aktına imza atmağa, ağ bayraq qaldırmağa məcbur etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Şuşanı – bizim müqəddəs ocağımız, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq. 

Azərbaycan xalqının böyük əksəriyyəti noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə  nail olacayıq”.
Artıq Xankəndi, Xocalı, Əsgəran da separatçılardan təmizləndi.  Ali Baş Komandanımız bu müqəddəs torpaqlarımızda Azərbaycan bayrağını qaldırdı. Biz bunu qürur hissi ilə seyr etdik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Bu gün Xankəndindəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

Ermənistanın revanşist qüvvələri mövcud reallığı qəbul etməlidirlər. Bizim Bayrağımız Xankəndidə dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər”.

Nizami Zalov
Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, 
Şəhid gizir Vidadi Zalovun atası
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının 6 rayonunda su kəsiləcək
16:38 06.10.2026
Bakının 6 rayonunda su kəsiləcək
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
14:44 06.10.2026
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI