Xankəndindəki doğum evinin “bombalanması” saxta çıxdı - Sübutlar + FOTO

Xankəndindəki doğum evinin “bombalanması” saxta çıxdı - Sübutlar + FOTO
SOSİAL
20:18 28.10.2020
5367

Ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko "Odesskiy Kuryer” nəşrində və "Facebook” səhifəsində erməni tərəfinin guya Xankəndidəki doğum evinin "atəşə tutulması” ilə bağlı saxtakarlığını ifşa edib.

Qeyd edək ki, bu "feyk” dünən və bu gün Ermənistan tərəfindən Azərbaycanın Bərdə şəhərinin dinc sakinlərinə qarşı törədilən, kasset mərmilərindən istifadə nəticəsində 21 nəfərin öldüyü, 70 nəfərin yaralandığı terror aktına bəraət qazandırmaq üçün yayılıb.

Kovalenko yazır ki, bu gün rus və erməni təbliğatçıları Azərbaycan, bir qədər sonra dəqiqləşdirmə ilə türk aviasiyasının guya Xankəndidə doğum evinə zərbə endirməsi barədə saxta xəbəri kütləvi şəkildə yaymağa başladılar. Ermənilər iddia edir ki, guya zərbələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi əmri ilə Türk F-16 qırıcıları tərəfindən həyata keçirilib.

"Bu informasiyanın erməni hərbçilərinin "Smerç” reaktiv yaylım atəş sistemi vasitəsilə dinc əhali arasında çox sayda itkilərə səbəb olan Azərbaycanın Bərdə şəhərinə zərbə endirməsi ilə eyni anda ortaya çıxması vacibdir. Aydındır ki, F-16-ların Xankəndidəki doğum evinə hücumu barədə məlumat informasiya meydanında erməni ordusunun qanlı cinayətini ört-basdır etmək üçün buraxılıb. Ancaq bu feyk də rus təbliğatçıların bir çox cəhdləri qədər anlamsız oldu.

Birincisi, Xankəndidəki doğum evinin vurulmasına dair yalnız əsassız açıqlamalar deyil ilk fotoşəkillər ortaya çıxan kimi məndə bir dissonans yarandı. Rus və erməni məbələrinin məlumatlarında doğum evinə zərbə barədə danışılanda ağıla həmin an insanların təşviş içində olduğu, tüstüyə qərq olmuş palatalardan doğuş etmiş qadınların qaçması gəlir.

Elə həmin an bizə hansısa boş, elementar mebelləri belə olmayan və dağılma anında sanki təmirə bağlanmış kimi görünən yer nümayiş etdirilir. Yəni, kobud şəkildə desək, həmin binalarda yaşayış olmayıb.

İkincisi və ən maraqlısı budur ki, xəstəxanaya atıldığı iddia edilən həmin bombanın başlığı bizə göstərildi. Ancaq məsələ də elə burasındadır,  əraziyə düşdükdən sonra bu qədər yaxşı qalan bombalarda başlıq qalmır, ancaq bizə göstərilən isə Ermənistan ordusunun arsenalında olan zenit-raket komplekslərində, həmin TOR-M2KM-lərdə istifadə edilən 9M33 idarəolunan zenit raketinin başlığıdır.

Erməni HHM sistemləri Xankəndi hava məkanında, bəlkə də hansısa pilotsuz uçuş aparatının sızmasına əngəl olmaq istəyib və idarəolunan zenit raketdən istifadə edib.

Məhz xəstəxana binası üzərində idarəolunan zenit raketin partlayışı baş verib, parçaları binanın üzərinə düşüb. Hansı ki, bu partlayış binaya bomba partlayışından sonra dəyə biləcək ziyana bənzəməyən bir zərər vurub.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi artıq erməni KİV-lərinin yaydığı dezinformasiyaya reaksiya verib. Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, Xankəndidə yerləşən doğum evinin guya Azərbaycan ordusu tərəfindən vurulmasına dair informasiyalar  məqsədyönlü şəkildə yayılan dezinformasiyadır. Bununla düşmən Bərdə şəhərində törətdiyi və çox sayda insan itkisinə səbəb olan hərbi cinayətdən diqqəti yayındırmağa çalışır.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
18:09 23.08.2026
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
18:06 23.08.2026
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
17:59 23.08.2026
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər
17:53 23.08.2026
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər
Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib
17:47 23.08.2026
Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib
Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır
17:42 23.08.2026
Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır
Özbəkistanda Nizami Gəncəvi adına Universitetin binası açılacaq
17:37 23.08.2026
Özbəkistanda Nizami Gəncəvi adına Universitetin binası açılacaq
İlham Əliyev Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi region adlandırıb
17:32 23.08.2026
İlham Əliyev Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi region adlandırıb
İlham Əliyev Özbəkistan Prezidentinin Qarabağa investisiyaların cəlb edilməsində xüsusi rolunu qeyd edib
17:28 23.08.2026
İlham Əliyev Özbəkistan Prezidentinin Qarabağa investisiyaların cəlb edilməsində xüsusi rolunu qeyd edib
“Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir”
17:26 23.08.2026
“Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir”
Şavkat Mirziyoyev Vaşinqton görüşünün nəticələrini İlham Əliyevin diplomatiyasının qələbəsi adlandırıb
17:20 23.08.2026
Şavkat Mirziyoyev Vaşinqton görüşünün nəticələrini İlham Əliyevin diplomatiyasının qələbəsi adlandırıb
“Xəzərdə Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq”
17:16 23.08.2026
“Xəzərdə Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq”
Tokayev prezident seçkisində yenidən iştirakı məsələsinə aydınlıq gətirib
17:13 23.08.2026
Tokayev prezident seçkisində yenidən iştirakı məsələsinə aydınlıq gətirib
“Əbədi dostluq haqqında Müqavilə” imzalandı - FOTOLAR
17:07 23.08.2026
“Əbədi dostluq haqqında Müqavilə” imzalandı - FOTOLAR
İranlı deputatdan BƏƏ-yə ŞOK TƏHDİD: "Bütün ərazilərini bizə verməli ola bilərlər"
16:50 23.08.2026
İranlı deputatdan BƏƏ-yə ŞOK TƏHDİD: "Bütün ərazilərini bizə verməli ola bilərlər"
Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTOLAR
16:36 23.08.2026
Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTOLAR