Xankəndinə gedən yol – Müzəffərliyin təntənə anı

Xankəndinə gedən yol – Müzəffərliyin təntənə anı
SİYASƏT
20:12 16.10.2023
613
Günəş də öz şəfəqləri ilə Ali Baş Komandanın Xankəndinə gedən yoluna işıq salırdı. Səmanın tərtəmiz, aydın şəkildə parlaması, havanın möhtəşəmliyi də sanki sevinc hisslərimizi anlayırdı. Torpaq da hiss edirdi ki, Müzəffər Prezident, Ali Baş Komandan İlham Əliyev gəlir. Allahın Azərbaycan xalqına böyük lütfü gəlir. Əminəm ki, azad olunmuş torpaqlarımızın dili olsaydı, minnətdarlıq hisslərini məhz bu formada izhar edərdi. 

30 il işğal altında inləyən torpaqlarımızın vəhşi bir toplumun vandalizminə məruz qaldığını bütün dünya bilir. Ancaq dünya Qarabağı dirçəltdiyimizi də bilir və görür. Şanlı Zəfərdən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində mühüm tapşırılar verib. O tapşırıqlar ki, icrası uğurla davam edir. 

Hazırda Qarabağ və Şərqi Zəngəzur böyük bir tikinti meydançasına bənzəyir. Böyük infrastruktur layihələri uğurla icra olunur, yaşayış məntəqələri tamamilə yenidən qurulur, sənaye, kənd təsəsrrüfatı və xidmət sektoruna  aid müəssisələr inşa olunur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Qarabağda və Şərqi Zəngəzurda, erməni vandalları tərəfindən dağıdılmış qədim mədəni və dini abidələrimizin sürətli bərpası istiqamətində misilsiz işlər görülür. Artıq Qarabağın əsl sahibləri onu sevgi, qayğı və böyük sevinclə başdan-başa yenidən qururlar. Cənnəti xatırladan Qarabağ keşmişlə müasirliyin vəhdətində yenidən bərpa edilir. 15 oktyabr tarixində Azərbaycan Prezidenti bayrağımızı quruculuq işlərimizin yeni ünvanlarında dalğalandırdı. Lakin bunadək...

Sentyabrın 19-20-də Azərbaycan üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınmas, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin  tərk-silah edilərək  ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri gerçəkləşdirdi. Böyük qürur hissi ilə demək lazımdır ki, sentyabrın 19-da başladığımız böyük iş cəmi 23 saat 43 dəqiqə ərzində uğurla başa çatdı. Azərbaycan öz suverenliyini bərpa etdi. Cənab Prezidentin dediyi kimi "Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz”. 

Bəli, heç kim iradəmizə təsir göstərə, bizi yolumuzdan döndərə bilməz. Çünki  bu qələbə, uğurlu nəticələr məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin "Güclü ordu-güclü dövlət” strategiyasının konseptuallıq və fundamentallıq təntənəsidir. Oktyabrın 15-də o təntənədə daha bir şanlı səhifə yazıldı. Qalib sərkərdə cənab İlham Əliyev xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımız əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaldı. Sübut etdik ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının əsl sahibidir.

Bəli, Xankəndi azaddır, bu qədim şəhərimizin mərkəzində Prezident İlham Əliyevin də vurğuladığı kimi, onillərlə separatizmin yuvası olmuş binada bayrağımız dalğalanır. Azərbaycanı hədələyib, paytaxtımızı işğal edəcəklərini bildirənlər, "Bakıda çay işəcəyik” deyə hədə-qorxu gələnlər artıq  istintaq təcridxanasındadırlar. Onillərlə azərbaycanlılara qarşı qətliamlar törətmiş canilər həbsxanadadırlar... Prezident Xankəndini gəzir... Bu sevinci necə izah etmək olar ki... Yeni tarix, yeni gün. Allahın da, səmanın da, torpağın da bizim haqq yolundakı savaşımıza duası varmış. Haqq-ədalət yerini tapdı, Xan kəndinə qayıtdı..

Bu gün sözü imzası qədər dəyərli olan Ali Baş Komandan, Prezident İlham Əliyev Prezidentlik fəaliyyətinin iyirmi ilində çoxəsrlik Azərbaycan tarixində xalqımıza  Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Zəfər imzalı qüdrətli liderdir. Bu gün qalib xalq və qalib dövlət olaraq daha xoşbəxt, daha güclü və daha qüdrətliyik!

Fəridə Ağazadə,
Mətbuat Şurasının İcracı Katibinin müavini

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
14:44 06.10.2026
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
Yaş artdıqca evlənmək istəyi niyə azalır?
14:37 06.10.2026
Yaş artdıqca evlənmək istəyi niyə azalır?
Bu qidalar depressiya riskini artıra bilər – Alimlərdən xəbərdarlıq
14:34 06.10.2026
Bu qidalar depressiya riskini artıra bilər – Alimlərdən xəbərdarlıq