Xaqani Ayxan 'daşın dili'ni tapdı - ŞEİRLƏR

Xaqani Ayxan
KÖŞƏ
23:45 10.10.2012
3345
AZXEBER.COM şair Xəqani Ayxanın şeirlərini təqdim edir.Vətən Deyirlər qartala oxşayır, amma...Qurd yemiş yarpağa bənzəyir Vətən!Naxçıvan aralı, Qarabağ darda,İncimiş torpağa bənzəyir Vətən! Çox sorğu-sual var dilimiz üstə,Kəsilir başımız dinimiz üstə,Araz da "dağ olub" sinəmiz üstə,Susamış dodağa bənzəyir Vətən! El-eldən ayrılıb düşüb aralı,Biri can üstədir, biri yaralı, Yıxıb evimizi, yıxıb "haralı?",Kərkükdə irağa bənzəyir Vətən!Zamanın üstündə çəkildin dara,Başın hara düşdü, bədənin hara,Bölünüb dörd yerə, oldun dörd para,Qırılmış çarmıxa bənzəyir Vətən!Bu ömrüməBircə damla yağış gəzdim, torpaq kimi bu ömrümə...Budağımdan qırılmışam, yarpaq kimi bu ömrümə...Budaqları qurumamış, arzuları qarımamış, bir təmasdan yarımamış, dodaq kimi bu ömrümə...Anlayan itirər ağlı, tapılmaz bir insan oğlu, qapısı-bacası bağlı, otaq kimi bu ömrümə...Vurub sındırdım dizimi, tapdım içimdə dözümü, qapadım, yumdum, gözümü, qapaq kimi bu ömrümə...Daşın dili varDaşın dili var, asan, Danışdırsan danışar!Götürüb tumarlasan, Daş adama yovuşar!Gileylənər əlindən, Sənin şər əməlindən, Bir daşın gözlərindən, Bir quşun qanı damar!Əllərinlə qazılan, Yuxu kimi yozulan, Günahların yazılan, Bir daş göydə darıxar!Saxladım gözüm üstə, Oxşadım dizim üstə, Ağlayıb sözüm üstə, Bir daşın canı çıxar!Biri yox Göy üzündə iki damcı, Biri düşdü, biri yox!Biri tapdı işıq ucu, Biri uçdu, biri yox!Bu zülmət adamı udur, Bu zülmətdə bu nə sudur?Bu ki, dirilik suyudur, Biri içdi, biri yox!Baxıb suya, baxıb göyə, "Keçən haqqa çatar"-deyə,Atıldı çayı keçməyə,Biri keçdi, biri yox!Zaman zamana yığılar,Məkan məkandan çıxar,Bu dünyada iki şey var,Biri puçdur, biri yox!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı