Xəstəliyi olan şəxslər niyə İcbari Tibbi Sığortaya deyil, “Tiktok”a üz tutur? - Partiya sədri İTS-ni tənqid etdi

Xəstəliyi olan şəxslər niyə İcbari Tibbi Sığortaya deyil, “Tiktok”a üz tutur? - Partiya sədri İTS-ni tənqid etdi
SOSİAL
14:00 03.02.2026
1337
Son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə "TikTok” platformasında cinsi azlıq nümayəndəsi olan tiktokerlərə pul köməyi üçün müraciət edən kasıb və xəstə vətəndaşların sayı artır. 

Bu vətəndaşlar çox vaxt İcbari Tibbi Sığortanın (İTS) nə olduğunu, hansı hallarda və hansı məbləğdə tibbi xidmətlər üçün ödənişsiz və ya güzəştli xidmət əldə edə biləcəklərindən məlumatsız olurlar. 

Buna səbəb də İcbari Tibbi Sığortanın (İTS) əhəmiyyətinin düzgün izah edilməməsi və qurumun yardım mexanizmlərinə dair maarifləndirmənin zəif olmasıdır. 

Nəticədə sosial media, xüsusilə "TikTok”, onların əsas yardım vasitəsinə çevrilir. 

Ağ Partiya sədri Tural Abbaslı AZXEBER.COM-a bildirib ki, burada İcbari Tibbi Sığorta ilə bağlı etibar məsələsi önə çıxır:

"İnsanlar düşünür ki, İcbari Tibbi Sığorta ən yaxşı halda müalicənin bir hissəsini verəcək. Sözügedən prosesdə kifayət qədər bürokratik əngəllər mövcuddur. Məsələn, çoxlu sənəd toplamaq, qeydiyyatdan keçmək və s. prosedurların ağırlığı səbəbindən insanlar həmin xidmətdən kifayət qədər istifadə edə bilmir. Digər tərəfdən isə insanlar bir çox hallarda İcbari Tibbi Sığorta vasitəsilə alınan müalicələrin effektiv olmasına inanmır. Çünki ödənişsiz xidmətlərdə nəzarət və keyfiyyət zəmanəti yoxdur”.

Sədr vurğulayıb ki, insanlar öz istədikləri həkim tərəfindən müayinə olunmaq üçün sosial şəbəkələrə üz tuturlar:

"Sosial şəbəkələr vasitəsilə pul toplanması və həmin məbləğin özəl klinikalarda, etibarlı həkimlərdə və ya xaricdə daha keyfiyyətli tibbi xidmət üçün istifadə olunması insanların daha çox sosial şəbəkələrə meyillənməsinə səbəb olur. Təəssüf ki, sosial şəbəkələrdə bəzən həyat tərzi, yaşayış forması və milli mənəvi dəyərlərimizə uyğun olmayan insanların auditoriyası geniş olur. Bu səbəbdən müraciətlər belə insanlara yönəlir. Burada məqsəd xəstəliyin müalicəsi və ya yardım almaqdır, cinsiyyət və ya həyat tərzi seçimi deyil”.

T.Abbaslı qeyd edib ki, cəmiyyət deqradasiya olunub:

"Digər bir problem isə cəmiyyətin deqradasiya olmasıdır. Niyə insanların diqqətini cinsi azlıq nümayəndələri çəkir? İnsanlar onların canlılarına baxır, onları izləyir və tanıyır. Bu, ayrı bir sosioloji araşdırmanın mövzusu ola bilər”.

Partiya sədri deyib ki, insanlar sosial mediada yardım üçün müraciət edən zaman dövlət qurumları tərəfindən də izlənilir:

"İnsanlar sosial mediada yardım üçün müraciət edən zaman  Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığortanın nümayəndələri də görürlər. Lakin aidiyyəti qurumlar problemlərdən uzaq olmaq üçün onları görməzdən gəlir. Nəticədə insanlar problemlərinə çarəni özləri axtarmaq məcburiyyətində qalırlar”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO