Xəzər Siyasət Mərkəzi Vaşinqtonda V Transxəzər Forumunun ilk gününə ev sahibliyi edib - VİDEO

Xəzər Siyasət Mərkəzi Vaşinqtonda V Transxəzər Forumunun ilk gününə ev sahibliyi edib - VİDEO
İQTİSADİYYAT
21:27 10.06.2021
918
Xəzər Siyasət Mərkəzi Vaşinqtonda Amerika Birləşmiş Ştatları ilə Transxəzər dəhlizi ölkələri arasında biznes, ticarət və investisiya imkanlarını araşdırmaq üçün 5-ci Transxəzər Forumunun ilk gününə ev sahibliyi edib.

Mərkəzdən AZXEBER.COM-a bildirilib ki, forum çərçivəsində ABŞ-dan və Xəzəryanı ölkələrdən olan natiqlər qlobal COVID-19 pandemiyası zamanı Xəzər bölgəsinin yaşadığı əsaslı dəyişiklikləri və bu dəyişikliklərin gələcəkdə ABŞ–Xəzər regionu əməkdaşlığı üçün yeni imkanlar yaratdığını müzakirə ediblər.

Builki forum Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistan səfirliklərinin birgə təşkilatçılığı, ABŞ Dövlət Departamenti və ABŞ Milli Təhlükəsizlik Şurasının iştirakı ilə ABŞ Ticarət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəkləri ilə baş tutub.
Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti insanları və məhsulları qitələr boyunca birləşdirməkdə Xəzər regionunun mühüm rol oynadığını, həmçinin Transxəzərin Avropa ilə Asiya arasında körpü, ticarət, infrastruktur, enerji üçün bir mərkəz rolu oynadığını qeyd edib: "Xəzər regionu ölkələri 30 il əvvəl müstəqilliklərini qazanmalarından indiyədək ABŞ üçün mühüm strateji ortaqlar olublar. Qlobal enerji təhlükəsizliyini artırmaq, ekstremizmlə mübarizə aparmaq və saysız digər təşəbbüslərlə yanaşı, narkotik və nüvə material axınına qarşı Vaşinqtonla həvəslə çalışıblar”.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında "Cənub Qaz Dəhlizinin özəyi Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı regional əməkdaşlıq idi” fikrini xüsusi vurğulayıb.
Forumda Əfqanıstanın ABŞ-dakı səfiri Röya Rəhmani, Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov, Gürcüstanın ABŞ-dakı səfiri David Bakradze, Qazaxıstanın Birləşmiş Ştatlardakı səfiri Yerjan Aşikbayev, Qırğızıstan Respublikasının ABŞ-dakı səfiri Baktybek Amanbaev, Özbəkistanın Birləşmiş Ştatlardakı səfiri Javlon Vakhabov və Türkiyənin ABŞ-dakı səfirinin müavini Sinan Ertay 2021-2022-ci illərdə ölkələrinə və bölgəyə daha çox beynəlxalq sərmayə qoyuluşu, sıx iş birliyi ilə dəstəklənən güclü layihələr barədə fikirlərini bölüşüblər.

ABŞ Dövlət Departamentinin İqtisadi və Ticarət Məsələləri Bürosu, Dövlət katibinin ticarət siyasəti və danışıqlar üzrə köməkçisinin müavini Matt Murray, ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya və Orta Asiya üzrə baş direktoru vəzifəsini icra edən Erik Grin, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Avropa və Avrasiya Bürosu, İdarəedici Köməkçisi vəzifəsini icra edən Margot Ellis iqtisadi suverenliyi təmin etmək, beynəlxalq terrorizmə qarşı mübarizə və dəstək üçün ABŞ-ın bölgənin xarici siyasətinin inkişafındakı rolundan danışıblar.
Forumda, həmçinin iqtisadiyyat nazirinin məsləhətçisi Emil Məcidov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Arif Məmmədov, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Fərhad Quliyev və başqaları çıxış ediblər.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
14:24 21.08.2026
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib