Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı

Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
HADİSƏ
10:12 10.05.2026
365
Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM  xəbər verir ki, qəza rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan "Hyundai” markalı avtomobil qarşıdan gələn "VAZ-2106” markalı maşınla toqquşub.

Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb. Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub.

Qəzada Mehtiyev Faiq Xanqulu oğlu, Qəhrəmanov Saday Yaqub oğlu, Novruzov Ruslan Ramil oğlu və Abbasov İsmayıl Abdulla oğlu ölüb.

Bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Ölən şəxslərin hərbçi olduqları bildirilir.



OXŞAR XƏBƏRLƏR