XİN: Aİ Ermənistanın 100-dən çox mülki şəxsi qətlə yetirməsinə münasibət bildirməyib

XİN: Aİ Ermənistanın 100-dən çox mülki şəxsi qətlə yetirməsinə münasibət bildirməyib
SİYASƏT
18:29 30.01.2021
761
"Avropa İttifaqının (Aİ) sözçüsü tərəfindən 5 erməni hərbçinin azadlığa buraxılması ilə əlaqədar açıqlamanın verilməsi təəccüb doğurur. Məlum olduğu kimi, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən 7 ilə yaxın müddət ərzində əsarətdə saxlanılıb və Aİ bu vəziyyətə biganə münasibət göstərib".

AZXEBER.COM xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Avropa İttifaqının sözçüsünün erməni hərbçilərinin azadlığa buraxılması ilə əlaqədar açıqlamasına dair şərhində yer alıb.

"Vurğulamaq istərdik ki, Aİ tərəfindən son hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən "Smerç” raketlərindən istifadə edilərək Azərbaycanlı dinc insanların hədəfə alınması, 100-dən çox mülki şəxsin qətlə yetirilməsi, eləcə də ümumilikdə müharibə dövründə 4 000-dən çox insanın itkin düşməsi ilə bağlı bu günədək hər hansı açıqlama verilməyib, münasibət bildirilməyib.

Aİ tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə məqsədli şəkildə yeridilən 62 nəfər hərbi əsir deyil. Onlar müharibədən az qala 20 gün keçdikdən sonra, hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazilərinə göndərilən Ermənistan hərbi qulluqçularıdır. Onlar Azərbaycan Ordusunun olduğu ərazilərə müdaxilə ediblər. Bu terrorçu-diversant qrupu tərəfindən törədilmiş terror aktları nəticəsində azərbaycanlı hərbçilər Turan Əliyev, Rahil Əkbərov, Hacırza Rzayev, Raqib Əzizov həlak olub, bir nəfər mülki şəxs Seymur Rzayev ağır yaralanıb.

Bu şəxslər nə beynəlxalq humanitar hüquqa, nə də heç bir konvensiyaya əsasən hərbi əsir hesab edilirlər. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, terror aktları törədən bu insanlar cinayət məsuliyyətinə cəlb olunublar və onların istintaqı davam etdirilir.

Aİ rəsmisinin Azərbaycanla bu tərzdə danışması qəbuledilməzdir. Azərbaycan yalnız bərabərhüquqlu münasibətləri qəbul edir. Kim Azərbaycanla bu şəkildə danışmağa cəhd edərsə, adekvat cavabla üzləşəcəkdir.

Qeyd etmək istərdik ki, bu birtərəfli və ikili standartlara əsaslanan yanaşma Aİ-nin Azərbaycanla əlaqələrinə xələl gətirə bilər", - deyə XİN-in açıqlamasında bildirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
22:22 03.07.2026
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
22:18 03.07.2026
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
22:10 03.07.2026
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
Xankəndi Bəyannaməsi qəbul edildi
21:59 03.07.2026
Xankəndi Bəyannaməsi qəbul edildi
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
21:54 03.07.2026
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
21:45 03.07.2026
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
21:37 03.07.2026
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
21:26 03.07.2026
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
21:19 03.07.2026
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
21:12 03.07.2026
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
Nazirin müşavirinə yeni vəzifə verildi
21:05 03.07.2026
Nazirin müşavirinə yeni vəzifə verildi
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
20:52 03.07.2026
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
20:49 03.07.2026
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
20:44 03.07.2026
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
20:36 03.07.2026
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
20:28 03.07.2026
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."