XİN: BMT BA-nın pandemiyaya həsr olunmuş xüsusi sessiyası davam edir

XİN: BMT BA-nın pandemiyaya həsr olunmuş xüsusi sessiyası davam edir
SİYASƏT
19:16 04.08.2020
1225

Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. 

AZXEBER.COM həmin sual-cavabı təqdim edir.

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə çağırılan BMT Baş Assambleyasının Koronavirus (COVID-19) pandemiyasına həsr olunmuş xüsusi sessiyasının işi ilə əlaqədar nə deyə bilərsiniz?

- Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 10 iyul 2020-ci il tarixindən etibarən çağırılmış BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyası öz işini davam etdirir.

10 iyul tarixində rəsmi olaraq açıq elan edilmiş xüsusi sessiya BMT Baş Assambleyasının digər bütün sessiyaları kimi 2 seqmentdən ibarət formatda keçirilir. Prosedur xarakterli qərarların qəbul edildiyi seqment artıq 21 iyul tarixində başa çatmışdır. Bu seqment çərçivəsində Baş Assambleyanın aşağıdakı 6 qərarı sükut proseduru vasitəsilə qəbul edilmiş və BMT Baş Assambleyasının rəsmi sənədləri olaraq dərc edilmişdir:

-         BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri olan Ticani Məhəmməd-Bandenin xüsusi sessiyanın sədri seçilməsi barədə qərar;

-         Xüsusi sessiyanın sədr müavinlərinin seçilməsi barədə qərar;

-         Xüsusi sessiyanın Əsas Komitələrinin sədrlərinin seçilməsi barədə qərar;

-         Xüsusi sessiyanın gündəliyinin qəbul edilməsi barədə qərar;

-         Xüsusi sessiyasının Səlahiyyət Komitəsinin tərkibinin təsdiq edilməsinə dair qərar;

-         BMT Nizamnaməsinin 19-cu maddəsinə uyğun olaraq, BMT-yə üzvlük haqlarını ödəməyən və beləliklə də səsvermə hüququndan məhrum edilmiş dövlətlərin siyahısının nəzərə alınmasına dair qərar.

Qeyd edək ki, pandemiyanın davam etməsi ilə əlaqədar BMT Baş Assambleyası çərçivəsində qərarlar səsvermə ilə yox, sükut proseduru vasitəsilə qəbul edilir. Müvafiq prosedura uyğun olaraq qərar layihələri 72 saat müddətinə bütün BMT üzv dövlətləri arasında yayılır və bu müddət sonuna qədər etiraz edən dövlət olmadığı təqdirdə qəbul edilir.

Koronavirus pandemiyası səbəbindən BMT-nin mənzil qərargahında tətbiq olunan məhdudiyyətlərlə əlaqədar, hazırda BMT Baş Assambleyasının rəsmi iclaslarının paytaxtlardan gələn nümayəndə heyətlərinin fiziki iştirakı ilə keçirilməsi mümkün deyil. Bununla əlaqədar, Baş Assambleyanın sentyabr ayında keçiriləcək müntəzəm sessiyası tarixdə ilk dəfə hibrid formada, yəni dövlətlərin seçimindən asılı olaraq ya nümayəndə heyətləri rəhbərlərinin əvvəlcədən yazılmış video-müraciətləri vasitəsilə, ya da həmin dövlətlərin BMT yanında Daimi Nümayəndəliklərinin Assambleya zalında fiziki iştirakı ilə baş tutacaq.

Hazırkı pandemiya vəziyyəti ilə əlaqədar 10 iyul tarixindən etibarən başlayan Baş Assambleyanın xüsusi sessiyasının müxtəlif seqmentli müzakirələrinin də əvvəlki xüsusi sessiyalardan fərqli formatda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, hazırda BMT üzv dövlətləri sessiyanın dövlət və hökumət başçıları səviyyəsində, video-konfrans formatında keçirilməsi ilə bağlı modallıqları müzakirə edirlər. Müvafiq razılıq əldə edildikdən sonra ümumi müzakirələrin konkret tarixləri müəyyən ediləcəkdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
00:32 13.10.2026
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Sabiq kansler prezident oldu
00:24 13.10.2026
Sabiq kansler prezident oldu
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
00:16 13.10.2026
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
“Real Madrid”in ulduzu bu komandaya gedir
00:09 13.10.2026
“Real Madrid”in ulduzu bu komandaya gedir
Bakıda ət niyə baha satılır? - VİDEO
00:03 13.10.2026
Bakıda ət niyə baha satılır? - VİDEO
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
23:56 12.10.2026
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
23:52 12.10.2026
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
23:41 12.10.2026
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
23:36 12.10.2026
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
23:29 12.10.2026
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
23:25 12.10.2026
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
Paytaxtın bu ərazilərində işıq olmayacaq
23:16 12.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
23:07 12.10.2026
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Bəxtsizlik seriyası sona çatacaq: yaxın günlərdə şanslı olacaq BÜRCLƏR
22:59 12.10.2026
Bəxtsizlik seriyası sona çatacaq: yaxın günlərdə şanslı olacaq BÜRCLƏR
Qazaxıstan Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq edib
22:50 12.10.2026
Qazaxıstan Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq edib
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib
22:43 12.10.2026
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib