XİN rəsmisi Nyu-York merinin bəyanatına cavab verdi

XİN rəsmisi Nyu-York merinin bəyanatına cavab verdi
SİYASƏT
14:58 25.04.2026
381
Xarici İşlər Nazirliyi Nyu-York meri Zohran Mamdaninin qondarma "erməni soyqırımı” ilə bağlı bəyanatına reaksiya verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə XİN sözçüsü Ayxan Hacızadə "X” hesabında paylaşım edib.

O, qeyd edib ki, Mamdani və digər ictimai fiqurlar məsuliyyətli davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan yanlış bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər:

"Sizin vəziyyəti daha da gərginləşdirən bəyanatınızı rədd edirik. Bu cür fikirlər regionun tarixi və reallıqları barədə anlayışın yetərsiz olduğunu göstərir və siyasi məqsədlər naminə həqiqətləri təhrif edir.

2020-ci ildə Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren əraziləri daxilində, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə hərəkət edib.

2023-cü ildə həyata keçirilən antiterror tədbirləri üç onillik qanunsuz işğaldan sonra Azərbaycanın konstitusiya quruluşunun bərpasına gətirib çıxarmışdır. "Qovulma” iddiaları erməni sakinlərə yenidən inteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik təminatlarının təqdim edildiyi faktını görməzlikdən gəlir.

Xüsusilə narahatedici hal odur ki, seçilmiş bir vəzifəli şəxs işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmə və qətliamları, eləcə də mədəni və dini irsin məhv edilməsini görməzlikdən gələrək birtərəfli yanaşmaları təşviq edir.

Bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal geri götürülməlidir”.

Xatırladaq ki, mer Mamdani "X” hesabında 1915-ci il hadisələrini "soyqırımı” kimi xarakterizə etməklə yanaşı, Azərbaycanın öz suveren ərazilərini azad etməsini "ermənilərin qovulması” kimi qələmə verərək birtərəfli ittihamlar səsləndirmişdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi