XİN: "Türkiyə-Ermənistan danışıqlarının davam etdirilməsi barədə razılıq əldə olunub"

XİN: "Türkiyə-Ermənistan danışıqlarının davam etdirilməsi barədə razılıq əldə olunub"
SİYASƏT
16:37 14.01.2022
527
"Tərəflər müzakirələri ilkin şərtlər olmadan davam etdirməyə razılaşıblar”.

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyə və Ermənistanın münasibətləri normallaşdırma üzrə xüsusi nümayəndələrinin ilk görüşü ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi açıqlayıb.

"Xüsusi nümayəndələr pozitiv və konstruktiv atmosferdə gerçəkləşən ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə davam etdiriləcək normallaşma prosesinə yönəlik fikir mübadiləsi aparıblar. İkinci görüşün yeri və tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək”, - məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR