'Xoca'nın təqdimatı oldu

Bütün Xəbərlər
23:38 24.02.2012
1686

Bu gün “Nizami” kinoteatrında mətbuat nümayəndələri üçün “Xoca” filminin təqdimat mərasimi keçirilib. Mətbu orqanların nümayəndələri Azərbaycanda gerçək hadisələrə əsaslanan neo ekspressionizmin ilk nümunəsi olan “Xoca” filmini kinoteatrın zalında izləyiblər.

Qeyd edək ki, “Xoca” filmi Xocalı faciəsini tam miqyasını özündə əks etdirən bədii filmdir.Mətbuat nümayəndələri ilə yanaşı, filmi kinonun rejissoru, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, filmin baş prodüseri, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev və ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayev də izləyiblər. Filmin ərsəyə gəlməsində 2 minə yaxın insan iştirak edib ki, bu da Azərbaycan kinosu üçün nadir hadisədir. Filmə külli miqdarda silah-sürsat, şəxsi heyət və zirehli texnika cəlb olunub.Filmin təqdimat mərasimindən sonra jurnalistlər üçün mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən Vahid Mustafayev filmin ideya müəllifi atası Fuat Mustafayev olduğunu bildirib: “Filmə ən azı 7 dəfə baxmaq lazımdır. “Xoca”ya müharibə döyüş filmi kimi baxmaq lazım deyil. Bu fimdə sevgi və nifrət arasında mübarizə gedir. Bu filmi çəkməklə, biz gənc nəsillərə Xocalını döyüşsüz təhvil vermədiyimizi göstərmək istədik. Filmin çəkilişində iştirak edən bütün yaradıcı heyətə və çəkiliş qrupuna təşəkkürünü bildirirəm”.Qeyd edək ki, film “Bakıfilm” kinostudiyasının və Çingiz Mustafayev Fondunun maliyyəsi ilə çəkilməyə başlasa da, sonradan ölkə başçısının ayırdığı vəsait həlledici olub. Bütün filmlərdə dövlət başçısının dəstəyini hiss etdiklərini deyən Vahid Mustafayev “Xoca”ya verdiyi dəstəyə görə prezidentə təşəkkür edib. Xocalı faciəsi haqqında ilk bədii film olan “Xoca”nın nümayişinə Xocalı faciəsinin ildönümündə fevralın 26-da ölkənin 5 şəhərində start veriləcək. Bu film - uzun əsrlər boyu bu torpaqlarda yaşayan, əzab əziyyət verilərək öldürülən qadın, uşaq, qoca, silahsız insanlar, ümumiyyətlə Xocalı soyqırmının bütün qurbanlarının xatirəsinə həsr edilmiş özünəməxsus kinoabidədir. Bu film sevgi və xəyanət, qəhrəmanlıq və qorxaqlıq, erməni yaraqlılarının və Rusiya ordusunun 366-cı motoatıcı alayının bizim torpaqlara gətirdiyi dəhşətli söz olan "soyqırımı" haqqındadır. Fevral ayının 26-da, 20 il öncə gecə bu dəhşətli faciə törədildi. Bəllidir ki, bütün ədalətsiz işlər məhz gecələr törədilir.  Vahid Mustafayevin yeni filmi bizim bilməli və xatırlamalı olduğumuz Azərbaycanın yeni tarixinin səhifələrindən biridir. /// ANSPRESS

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək