Xristianların şəhadət gətirməsi -KÖŞƏ

Xristianların şəhadət gətirməsi -KÖŞƏ
KÖŞƏ
19:12 03.02.2012
1887

Seymur Verdizadə

Jurnalistlər mərhum Qabil Əbilovu yaxşı tanıyırdılar. Bir müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dovlət Komitəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan Qabil müəllim qısa vaxt ərzində jurnalistlərlə dostlaşmışdı. İşinə son dərəcə məsuliyyətlə yanaşan Qabil Əbilov həm də maraqlı həmsöhbət olduğu üçün media əhli onun xətrini çox istəyirdi.Biz Qabil müəllimlə tez-tez görüşüb, ən müxtəlif mövzularda fikir mübadiləsi aparırdıq. Mən, Qabil müəllimin həyatı haqqında məqalə yazmaq istəyirdim. Amma amansız ölümün onu bu qədər erkən yaxalayacağını ağlıma gətirmədiyim üçün günü-günə satırdım. İndi Qabil müəllimdən bizə ancaq kövrək xatirələr qalıb.Qabil Əbilov ixtisasca şərqşünas idi. O, indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdi. Ərəb və fars dillərini yüksək səviyyədə bilən Qabil müəllim bir neçə il Əfqanıstanda tərcüməçi işləmişdi. Qabil müəllimin Əfqanıstanda işlədiyi illər SSRİ-nin bu ölkəyə ordu yeritdiyi dövrə təsadüf etdiyi üçün o, ölümün soyuq nəfəsini dəfələrlə kürəyində hiss edib. Amma hər dəfə bir möcüzə nəticəsində xilas ola bilib. Axı, həyat möcüzələrlə doludur......Moskvadan gələn iki yüksək rütbəli zabitlə sovet hərbi birləşmələrinin Kabul yaxınlığındakı sıra dağların ətəyində yerləşən N saylı hərbi hissəsinə gedən Qabil Əbilov yolda mühasirəyə düşür. Əfqan mücahidlərin öndəki mühafizə taqımını zərərsizləşdirməsi cəmi beş dəqiqə çəkir. Müqavimət göstərməyin mənasız olduğunu başa düşən rus zabitləri əllərindəki tapançaları maşının pəncərəsindən yerə ataraq, aşağı düşürlər. Qabil müəllim də analoji qaydada davranaraq, könüllü şəkildə təslim olur. Gənc tərcüməçini də sovet zabitləri ilə birlikdə mücahidlərin yaxınlıqdakı düşərgəsinə aparırlar. Zabitlərin “məhkəməsi” cəmi iki dəqiqə çəkir. Mücahidlər hər iki zabiti sorğu-sualsız qətlə yetirirlər. Sonra mücahidlərin başçısı gözləri yaşamaq eşqi ilə alışıb-yanan qıvrımsaç tərcüməçiyə yaxınlaşır. O, əlindəki silahı gənc tərcüməçinin alnına dirəyəndə, Qabil müəllim ölümün qaşla göz arasında olduğunu başa düşür. Cəbrayılda mömin ailədə böyüyən Qabil Əbilov bir müsəlman kimi sonuncu borcundan çıxmaq üçün titrək səslə kəlmeyi-şəhadətini söyləməyə başlayır. Qarşısındakı adamın kəlmeyi-şəhadətini söylədiyini görəndə, mücahidlərin başçısının qolları boşalır. O, sovet tərcüməçisinin alnına dirədiyi silahı qeyri-ixtiyari olaraq aşağı endirir. Kəlmeyi-şəhadətini bilməsi Qabil müəllimin həyatını xilas edir. Tərcüməçinin müsəlman olduğunu öyrənən mücahidlər bir qədər məzəmmət etdikdən sonra onu sağ-salamat Kabula yola salırlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub