Xüsusi elçi: "Şarl Mişelin və Avropa İttifaqının ədalətli vasitəçi olduğunu görmüsünüz"

Xüsusi elçi: "Şarl Mişelin və Avropa İttifaqının ədalətli vasitəçi olduğunu görmüsünüz"
SİYASƏT
16:28 17.11.2022
328
"Avropa İttifaqının ədalətli vasitəçi olduğunu görmüsünüz".

Bunu Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebel noyabrın 17-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

"Düşünürəm ki, son bir neçə ildə əməkdaşlıq çox yaxşı inkişaf edib. Biz bir sıra müstəvidə irəliləyirik. Sözsüz ki, enerji sahəsi. Lakin düşünürəm ki, siyasi müstəvidə də biz bir çox səylər göstərmişik. Prezident (Şarl) Mişel çox fəaldır, Siz dəfələrlə görüşmüsünüz və Siz onun, eləcə də bizim hamımızın, Avropa İttifaqının ədalətli vasitəçi olduğunu görmüsünüz. Bilirsiniz ki, bizim gizli gündəliyimiz yoxdur, xüsusi gündəliyimiz yoxdur. Biz sadəcə yaxşı əməkdaşlıq etmək və əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Bir çox dialoqlar - təhlükəsizlik sahəsində və bir sıra başqa sahələrdə dialoqlar qurulub. Biz daha çox məsələni nəzərdən keçirməyə hazırıq. Lakin sözsüz ki, əsas məsələni, münaqişəni unutmaq istəmirik.

Cənab Prezident, sirr deyil ki, biz Ermənistandan gəlmişik. Ermənistanda olduq. Deməliyəm ki, orada yaxşı danışıqlar apardıq. Düşünürəm ki, Ermənistanda aldığımız əsas mesaj ondan ibarətdir ki, Ermənistan da sülhün əldə olunmasında maraqlıdır. Biz, həmçinin burada da Sizin bunda maraqlı olduğunuzu eşidirik. Ona görə də biz davamlı sülhə öz töhfəmizi verə bilərik ki, bunu birdəfəlik kənara qoyaq, Cənubi Qafqaz regionunun qonşu ölkələrlə birlikdə çiçəklənməsi istiqamətində hərəkət edək. Düşünürəm ki, bizim çatdırmaq istədiyimiz əsas diləyimiz bu olacaq.

İkitərəfli məsələlərə gəlincə, sonuncu məsələ bizim sazişimizdir. İstərdik, Sizdən xahiş edək ki, bunu həyata keçirmək üçün daha bir təkan verək. Bildiyiniz kimi, razılaşdırılası çox məqam qalmayıb. Ona görə də əgər biz ikitərəfli sazişi razılaşdıra bilsək, bu, əlbəttə ki, ikitərəfli əməkdaşlığımızda daha bir mühüm addım olacaq. Ümumilikdə isə biz burada dinləyici qismindəyik. Böyük məmnuniyyətlə Sizin fikirlərinizi, ideyalarınızı dinləyərik. Biz onları müvafiq olaraq paytaxtlarımızda öz rəhbərliklərimizə çatdıracağıq. Ümumilikdə isə biz sadəcə burada olmağa şadıq və bizi qəbul etdiyinizə görə minnətdarıq, cənab Prezident", - D.Şuebel bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
19:05 07.10.2026
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
19:00 07.10.2026
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
18:40 07.10.2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
18:27 07.10.2026
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
18:14 07.10.2026
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
18:06 07.10.2026
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:57 07.10.2026
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
17:49 07.10.2026
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
17:39 07.10.2026
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
17:22 07.10.2026
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
“Messi futboldan gedir, amma...”
17:07 07.10.2026
“Messi futboldan gedir, amma...”
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
17:05 07.10.2026
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
16:56 07.10.2026
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB
16:55 07.10.2026
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB
Türkiyədə gəmi qəzasında itkin düşənlərdən daha birinin meyiti tapıldı
16:47 07.10.2026
Türkiyədə gəmi qəzasında itkin düşənlərdən daha birinin meyiti tapıldı
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
16:41 07.10.2026
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman