Ya sus, ya da ...

Ya sus, ya da ...
KÖŞƏ
08:20 04.09.2012
3351

Anzulə Əmirova

Ya sus, ya da ...

Yunan filosofu Sokrat ondan dərs almaq istəyən şagirdlərdən birindən qarşılığında yüksək məbləğ tələb etdiyi zaman şagird: “Mən bu qədər pula 2-3 müəllim tuta bilərəm”, - deyib. Sokrat isə: “Övladım, mən bu pula sənə həm danışmağı, həm də dinləməyi öyrədəcəyəm”, - cavabını verib. Bəli, danışmaqla yanaşı, dinləmək mədəniyyəti də önəmlidir. İstərdim ki, dinləməkdən danışım... Dinləmək münasibətlərin davam etməsi, insanlar arasında güvən hissinin artması, cəmiyyətdə uğurlu nəticələrin əldə edilməsi baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

Doğrudur ki, danışmaq hər bir insanın mənəvi ehtiyacları sırasına daxildir və bizlər hansısa məsələdə düzgün nəticəyə gəlmək üçün ətrafımızdakılarla fikir mübadiləsi aparmaq məcburiyyətindəyik. Bu baxımdan qarşımızdakının fikirlərini dinləməyimiz təbii hesab olunmalıdır. Amma gəlin görək dinləməyi nə dərəcədə bacarırıq. Sadə müşahidələr onu deməyə əsas verir ki, bəzilərimiz dinləmək mədəniyyəti sarıdan hələ yetişməmişik.

Bu gün insanlar dinləməkdən çox danışmağa önəm verir. Hamı danışır: doğru-yalan, maraqlı-maraqsız, elmli-elmsiz, yerli-yersiz... Qulaq asansa demək olar ki, yox dərəcəsindədir. Ancaq söhbət zamanı əvvəldən axıradək bir nəfərin danışması və qarşısındakını müqəvva yerinə qoyması, ümumiyyətlə, anormal haldır. Çünki danışmaqla yanaşı dinləmək mədəniyyəti olmayan, qarşı tərəfin fikirlərinə önəm verməyən, özü beş cümlə deyəndə həmsöhbətinin də heç olmasa, bir cümlə söyləməsinə imkan verməyən şəxs kənardan çox gülünc görünür. Bu baxımdan insanların bir-birini dinləməsi önəmlidir.

Önəmlidir, qarşısındakını doğru anlamaq üçün. Önəmlidir, özünün gözdən düşməməsi üçün. Önəmlidir, söhbətin bezdirici, qovucu, hörmətsiz hal almaması üçün. Ən əsası isə qarşısındakının sevgi və sayğısını itirməməsi nöqteyi-nəzərindən önəmlidir.

Fikir vermisinizsə, dinləmə qabiliyyəti olan, pozitiv düşüncəli, qarşısındakının fikirlərinə hörmət edən, yeni fikirləri qəbul edə bilən, bu baxımdan öz üzərində daim işləyənlərlə çox faydalı, könül oxşayan söhbət alınır və belə adamların dostu da çox olur. Təəssüf ki, indi belələrinin sayı azdır. Əksinə müasir dövrdə bir çoxları söhbət zamanı qarşısındakına aman vermir. Elə hey danışır... Həmsöhbət olduğu insana qarşı bivec davranması, onu dinləməməsi, öz həqiqətlərini bir növ həmsöhbətinin beyninə yeritməyə çalışması - bir sözlə, saymazyana rəftar edərək yalnız öz fikirlərini diktə etməsi adamı bezdirir, beləsinin təkrar-təkrar hansısa fikrində israr etməsi sıxıcı olmaqla yanaşı, onu nüfuzdan da salır. Mən bu cür insanların psixoloqa müraciət etmələrini tövsiyə etməkdən başqa çarə görmürəm. Ancaq dərd orasındadır ki, durmadan danışanlar söhbətlərində uzunçuluğa vardıqlarının fərqinə belə varmır, özlərini haqlı sayır, ürəklərini boşaltmaqla yetinməyib kiminsə danışmasına israrla aman vermirlər. İnanın ki, bu, ətrafdakılara yaxşı təsir bağışlamır. Dahi şairimiz Nizami Gəncəvi doğru demişdir ki:

Dilin bəlasıdır uzunçu olmaq,

Ariflər işidir sükuta dalmaq.

Yunan riyaziyyatçısı Pifaqor: “Ya sus, ya da susmaqdan üstün bir söz söylə”, - deyib. Həqiqətən də, dinləməyi bacarmayan, danışdıqları isə ətrafdakılar tərəfindən anlaşılmayanlar buna əməl etsələr, daha müdrik görünə bilərlər .

Qəbul etməliyik ki, susmağı da hər adam bacarmır. Bunun üçün insana ən azından böyük səbir lazımdır. Bəlkə də, elə bu səbəbdən alman mütəfəkkiri Göte deyib ki, “danışmaqehtiyac ola bilər, amma susmaq bir sənətdir”. İki qulağımız, bir ağzımız var deyə, çox dinləyib, az danışmağın daha faydalı olduğunu da əbəs yerə deməyiblər.

Zənnimcə, danışmaq və dinləmək ayrılmaz bağlılığa, eyni dərəcədə əhəmiyyətə malikdir. Mən inanmıram ki, dinləməyi bacarmayan birisi gözəl danışıq qabiliyyətinə malik olsun.

İnsanlararası münasibətlərin inkişaf etməsi, yeni fikirlərin ortaya çıxması baxımından dinləmə mədəniyyətimizi inkaf etdirməyimiz nəinki özümüz, bütün cəmiyyətimiz üçün faydalı ola bilər. İnsan heç ummadığı vaxtda gözləmədiyi birisinin fikirlərinə qulaq asan zaman belə nəsə öyrənə, yeni bir bilgi əldə edə bilər. Söhbət əsnasında durmadan həmsöhbətimizin sözünü kəsməyimiz, ona məhəl qoymamağımız özümüzü ondan üstün hesab etməyimizin və hərəkətlərimizi idarə edə bilməməyimizin göstəricisidir. Üstəlik, DİNLƏMƏK SADƏLİK göstəricisidir. Hamımıza sadə olmaq diləyilə...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub