Yağışlar ət bazarını da "vurdu" - Bahalaşma olacaq

Yağışlar ət bazarını da "vurdu" - Bahalaşma olacaq
SOSİAL
21:06 02.06.2026
795
Son günlər Azərbaycanda ət məhsullarının qiymətində yenidən artım müşahidə olunur. Bazarlarda və satış məntəqələrində xüsusilə mal və qoyun ətinin əvvəlki aylarla müqayisədə daha baha qiymətə təklif edildiyi bildirilir. Satıcılar qiymət dəyişikliklərini müxtəlif iqtisadi amillərlə əlaqələndirsələr də, alıcılar bahalaşmanın ailə büdcəsinə təsir etdiyini deyirlər. Mövzu həm sosial şəbəkələrdə, həm də ictimai müzakirələrdə diqqət çəkir. Qiymət artımının səbəbləri və qarşıdakı dövrdə bazarda vəziyyətin necə dəyişəcəyi ilə bağlı fərqli fikirlər səsləndirirlər.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, hazırda ölkəmizdə elə bir mövsüm dövrü yaşanır ki, ərzaq rasionunda ət və ət məhsullarına tələbat azalır:

"Yaz və yay aylarında həm ətin saxlanma şəraitinin çətinləşməsi, həm də ərzaq səbətində alternativ qidaların artması nəticəsində ətə olan tələbat aşağı düşür. Bu da qiymətlərin ucuzlaşmasına səbəb olur.

Qurban bayramından sonra ətin qiymətində qismən ucuzlaşma və ya ən azı sabitləşmə müşahidə oluna bilər. Payız aylarında Azərbaycanda ətin qiymətində ciddi artım gözlənilir. Bunun əsas səbəbi hazırkı mövsümdə maldarlıq təsərrüfatları üçün yem tədarükü sahəsində yaranan problemlərlə bağlıdır. Son dövrlərdə havaların intensiv yağıntılı keçməsi xüsusilə yem bitkilərinin əkildiyi sahələrdə biçin və tədarük prosesinə ciddi mənfi təsir göstərib. Hazırda regionlarda yonca təsərrüfatlarında biçin dövrü getsə də, yağıntıların çox olması həm biçin işlərini gecikdirir, həm də tədarük edilməli məhsulun bir hissəsinin məhv olmasına səbəb olur. İlkin mərhələdə, xüsusilə birinci biçin dövründə yonca təsərrüfatları ciddi zərərə məruz qalıb və məhsuldarlıq əhəmiyyətli dərəcədə azalıb”.

O qeyd edib ki, bu azalmanın təsiri isə bir neçə aydan sonra, payız mövsümündə daha aydın hiss olunacaq:

"Problemlər yalnız yonca təsərrüfatları ilə məhdudlaşmır. Maldarlıq üçün yem məqsədilə əkilən digər bitkilərdə də oxşar vəziyyət müşahidə olunur. Buraya qarğıdalı və çuğundur sahələri də daxildir. Müşahidələr göstərir ki, əlverişsiz hava şəraiti həmin məhsulların tədarükünü ciddi şəkildə çətinləşdirib və bəzi hallarda məhsuldarlıq demək olar yarıyadək azalıb.

Bütün bunlar nəticə etibarilə yem tədarükünün maya dəyərini artıracaq. Bu isə payız aylarında maldarlıq təsərrüfatlarında xərclərin yüksəlməsinə, nəticədə mal və qoyun ətinin qiymətinin bahalaşmasına səbəb olacaq. Hazırkı qiymət artımı keçici xarakter daşıyır və böyük ehtimalla yay aylarında, təxminən sentyabra qədər ətin qiymətində ciddi bahalaşma müşahidə olunmayacaq. Lakin payız aylarından etibarən bazarda ətin qiymətinin nəzərəçarpacaq dərəcədə artacağı gözlənilir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Timsah 14 yaşlı məktəblini parçaladı
08:56 31.10.2026
Timsah 14 yaşlı məktəblini parçaladı
Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib
08:52 31.10.2026
Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib
Polşa Dövlət Tribunalının üzvü ölkədə dövlət çevrilişi baş verdiyini bildirib
08:45 31.10.2026
Polşa Dövlət Tribunalının üzvü ölkədə dövlət çevrilişi baş verdiyini bildirib
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, yaralananlar var
08:40 31.10.2026
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, yaralananlar var
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
08:35 31.10.2026
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Polşanın Konstitusiya Məhkəməsi ətrafındakı böhrana görə iki səfir istefa veriblər
08:29 31.10.2026
Polşanın Konstitusiya Məhkəməsi ətrafındakı böhrana görə iki səfir istefa veriblər
Bu ölkədə müəllim 16 il işə çıxmadan maaş alıb
08:21 31.10.2026
Bu ölkədə müəllim 16 il işə çıxmadan maaş alıb
Polşa Prezidentinin mətbuat katibi onun toxunulmazlığının pozulduğunu bildirib
08:14 31.10.2026
Polşa Prezidentinin mətbuat katibi onun toxunulmazlığının pozulduğunu bildirib
Rubio Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə İrandakı vəziyyəti müzakirə edib
08:08 31.10.2026
Rubio Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə İrandakı vəziyyəti müzakirə edib
Türkiyədə 20 nəfər saxlanılıb
08:03 31.10.2026
Türkiyədə 20 nəfər saxlanılıb
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub - FOTOLAR
08:00 31.10.2026
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub - FOTOLAR
Lavrov: Rusiya ilə bu ölkə arasında problemlər həmişə olub və həmişə də olacaq
07:18 31.10.2026
Lavrov: Rusiya ilə bu ölkə arasında problemlər həmişə olub və həmişə də olacaq
Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri
07:06 31.10.2026
Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri
Bu ölkə ikinci paytaxtını seçəcək
06:53 31.10.2026
Bu ölkə ikinci paytaxtını seçəcək
İsveç Aİ-ni rusiyalı idmançılar üçün viza qaydalarını sərtləşdirməyə çağırıb
06:40 31.10.2026
İsveç Aİ-ni rusiyalı idmançılar üçün viza qaydalarını sərtləşdirməyə çağırıb
Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər
06:28 31.10.2026
Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər