Yamalla bağlı bəd xəbər İspaniyanı şoka saldı

Yamalla bağlı bəd xəbər İspaniyanı şoka saldı
İDMAN
23:53 18.05.2026
1379

"Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal zədə səbəbindən Dünya Kubokunun startını buraxacaq.

18 yaşlı futbolçu aprelin 22-də "Selta” ilə La Liqa matçında (1:0) penalti yerinə yetirərkən zədələnib.

AZXEBER.COM xəbər verir ki, "The Athletic”in məlumatına görə, Yamal İspaniyanın qrup mərhələsindəki ilk oyununu, 15 iyunda Kabo-Verde ilə qarşılaşmanı buraxacaq.
Laminin ikinci turda Səudiyyə Ərəbistanına qarşı oyunda da meydana çıxacağı şübhə altındadır.

İspaniya Kral Futbol Federasiyasının (RFEF) "Barselona” və Yamalla əlaqə saxladığı və milli komandanın tibb heyətinin üzvlərinin onun vəziyyətini izləmək üçün mütəmadi olaraq klubun obyektlərinə baş çəkdiyi bildirilir
OXŞAR XƏBƏRLƏR