Yanvarın 31-dək vaxt verildi - Nazirlikdən xəbərdarlıq

Yanvarın 31-dək vaxt verildi - Nazirlikdən xəbərdarlıq
İQTİSADİYYAT
15:53 27.01.2020
5345
"Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, ƏDV ödəyiciləri 2020-ci il 1 yanvar tarixinə yaranmış debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə məlumat forması tərtib etməli və 2020-ci ilin yanvarın 31-dək vergi orqanına təqdim etməlidirlər.

Vergilər Nazirliyindən AZXEBER.COM-a daxil olan məlumata görə, formanın təqdim edilməsində məqsəd ƏDV-yə cəlb olunan əməliyyatın vaxtı ilə bağlı Vergi Məcəlləsinin 166-cı maddəsində edilmiş dəyişikliyin nəzərə alınması, aparılan əməliyyatlar üzrə vergilərin düzgün hesablanmasını təmin etməklə 1 yanvar 2020-ci il tarixdən əvvəlki dövrlərdə hesablanmış vergilərin təkrar hesablanmasının qarşısını almaqdır. Formanı bu il yanvarın 1-nə qədər ƏDV ödəyicisi olmuş, yanvarın 1-dən isə qeydiyyatdan çıxmış ödəyicilər də təqdim etməlidir. Yanvarın 1-dən sonra qeydiyyata alınmış ƏDV ödəyiciləri üçün məlumat formasının təqdim edilməsi nəzərdə tutulmayıb.

Bununla bağlı Vergilər Nazirliyində keçirilən brifinqdə nazirliyin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin şöbə rəisi Emil Rəhimov bildirib ki, məlumat forması kağız və ya elektron qaydada tərtib olunaraq vergi orqanına təqdim edilir. Kağız formasında tərtib edilən forma vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilir. Vergi ödəyiciləri Məlumat Formasını elektron qaydada təqdim etmək üçün "İnternet Vergi İdarəsi” Portalında yeni istifadəyə verilmiş elektron xidmətdən istifadə edə bilərlər. Bu məqsədlə İnternet Vergi İdarəsinin "Onlayn kargüzarlıq və e-VHF” bölməsində yeni ərizə forması istifadəyə verilib. Vergi ödəyiciləri vaxtlarına qənaət edərək gücləndirilmiş (ASAN) imzadan istifadə etməklə Məlumat Formasını elektron qaydada vergi orqanına təqdim edə bilər. 

Lakin aparılmış monitorinqlər göstərir ki, vergi ödəyiciləri tərəfindən qeyd olunan məlumat formasının təqdimedilmə vəziyyəti qənaətbəxş deyildir və göndərilmə zamanı tələb olunan qaydalara riayət edilmir.

Müvafiq forma təqdim edilmədikdə (və ya heç bir göstərici olmadan təqdim edildikdə) vergi ödəyicisinin 1 yanvar 2020-ci il tarixə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı debitor borclarının və alınmış avanslar üzrə kreditor borcunun olmadığı hesab edilir. ƏDV məqsədləri üçün vergitutulan əməliyyatın vaxtı ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklərlə yanaşı, Vergi Məcəlləsinə əlavə edilmiş yeni məzmunlu 76.1-1-ci maddənin tələblərinə əsasən, vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar banklar tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edilməlidir. Bu zaman daxil olan vəsaitin əvvəlki dövrdə aparılmış əməliyyatlara aid olub-olmadığının vergi orqanı tərəfindən müəyyən edilməsində çətinliklər yaşanacağından, qeyd olunan hal vergilərin yenidən (təkrar) hesablanması ilə nəticələnə bilər. Eyni zamanda, qanunvericiliyə edilmiş dəyişikliklər nəzərə alınmaqla ƏDV bəyannaməsinin təsdiq olunmuş yeni formada debitor borcların hərəkəti ilə bağlı ayrıca hissə nəzərdə tutulduğundan, debitor borcların 1 yanvar 2020-ci il tarixə qalığı müəyyən edilərək bəyannamədə əks olunmalıdır.

Vergilər Nazirliyi bir daha xatırladır ki, daxil olacaq vəsaitin 01.01.2020-ci il tarixdən əvvəlki dövrdə aparılmış əməliyyatlara aid olub-olmadığının vergi orqanı tərəfindən müəyyən edilməsində çətinliklər yaşanacağından, vergilərin yenidən (təkrar) hesablanmasının qarşısının alınması, əlavə inzibati yük və maliyyə riskinə məruz qalmamaları üçün vergi ödəyiciləri məlumat formasını 31 yanvar 2020-ci il tarixədək təqdim etməlidirlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda hava kəskin dəyişir: Leysan yağacaq - Bu tarixlərdə
16:38 11.11.2026
Bakıda hava kəskin dəyişir: Leysan yağacaq - Bu tarixlərdə
Qax sakinləri bu problemlərdən ŞİKAYƏTÇİDİR - İcra Hakimiyyətindən AÇIQLAMA
16:37 11.11.2026
Qax sakinləri bu problemlərdən ŞİKAYƏTÇİDİR - İcra Hakimiyyətindən AÇIQLAMA
Diplom var, iş yoxdur - Təhsil sistemində nə dəyişməlidir?
16:35 11.11.2026
Diplom var, iş yoxdur - Təhsil sistemində nə dəyişməlidir?
COP31-də QDF-in sifarişi ilə çəkilən “Ölümcül Miras” sənədli filmi nümayiş olunub
16:23 11.11.2026
COP31-də QDF-in sifarişi ilə çəkilən “Ölümcül Miras” sənədli filmi nümayiş olunub
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
16:13 11.11.2026
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Bizim açıq deyim ki, adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur" - Deputat
16:11 11.11.2026
"Bizim açıq deyim ki, adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur" - Deputat
Soyuq havalarda Azərbaycanda hara getmək olar?
16:05 11.11.2026
Soyuq havalarda Azərbaycanda hara getmək olar?
“900 manat maaş alır, sistemdə 400 manat göstərilir” – İşçiləri hansı təhlükə gözləyir?
15:36 11.11.2026
“900 manat maaş alır, sistemdə 400 manat göstərilir” – İşçiləri hansı təhlükə gözləyir?
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
15:34 11.11.2026
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Prezident COP31-in Liderlər Sammitində iştirak edir - FOTOLAR
15:20 11.11.2026
Prezident COP31-in Liderlər Sammitində iştirak edir - FOTOLAR
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
15:16 11.11.2026
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
İlham Əliyevlə Ərdoğanın səmimi - FOTOLARI
15:06 11.11.2026
İlham Əliyevlə Ərdoğanın səmimi - FOTOLARI
Əbu-Dabi danışıqları müharibənin taleyini dəyişəcək? - AÇIQLAMA
15:04 11.11.2026
Əbu-Dabi danışıqları müharibənin taleyini dəyişəcək? - AÇIQLAMA
Ərdoğan COP31-in hazırlıqlarına verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
15:01 11.11.2026
Ərdoğan COP31-in hazırlıqlarına verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
İtaliyada 100-dən çox məktəbdə bomba həyəcanı: Təxliyə başladı
14:59 11.11.2026
İtaliyada 100-dən çox məktəbdə bomba həyəcanı: Təxliyə başladı
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
14:50 11.11.2026
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır