Yaponiyada təyyarədə toy etdilər

MARAQLI
13:35 30.05.2021
508
Yaponiyanın aviadaşımalar sahəsində nəhəng "All Nippon Airways Co.” (ANA) şirkəti koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlar azaldığına görə yeni ailə qurmaq istəyənlərə təyyarənin göyərtəsində toy mərasiminin təşkilini təklif edir.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, şirkət bu xidmət üçün Tokionun "Haneda” beynəlxalq hava limanında mayın sonlarından iyunun 13-dək böyük "Boeing-777” təyyarələrini ayırıb. Bildirilir ki, həmin müddətdə cəmi yeddi cütlüyün belə mərasim keçirməsi üçün sifariş qəbul edilib.

Toy mərasimi zamanı iştirakçılara canlı musiqi, göyərtə bələdçiləri tərəfindən yeni ailə quranlara təbrikin səslənməsi və təyyarənin tavanında qalaktikanın görüntüləri təklif edilir.

Mərasimin qiyməti barədə bildirilir ki, təyyarədə mərasimin təşkili 1,56 milyon yenə (təqribən 14 min 200 dollar) və aerovağzalın binasında şənlik 3 milyon yenə (təqribən 28 min dollar) başa gəlir.

Şirkətdən bildirilir ki, bu ideya mərkəzi hökumətin pandemiyaya qarşı tətbiq etdiyi məhdudiyyətləri nəzərə almaqla toy mərasimlərinin təşkilinə şərait yaradır. Bu, həm də axşam saatlarında spirtli içkilərin satışına qoyulan qadağanı da aradan qaldırmağa imkan verir.

Qeyd edilir ki, ilk belə mərasim mayın 23-də şirkətə məxsus təyyarənin biznes salonunda təşkil edilib. Toyda ümumilikdə 30 nəfər iştirak edib.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:28 27.10.2021

Saatlı sakinlərindən 3 kilodan çox narkotik götürülüb

23:49 26.10.2021

Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır - FOTOLAR

23:36 26.10.2021

Başlıbel faciəsi Koreya mətbuatında işıqlandırılıb

23:34 26.10.2021

Ərdoğan Azərbaycanla bağlı paylaşım edib - FOTO

23:25 26.10.2021

“WhatsApp” bu telefonlarda işləməyəcək - SİYAHI

22:57 26.10.2021

“Türk ulduzları”ndan möhtəşəm şou - VİDEO

22:33 26.10.2021

Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

22:30 26.10.2021

Vətən müharibəsində Goranboy və Naftalanda zərər görən yüzlərlə tikili bərpa olunub – VİDEO

22:22 26.10.2021

Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda mətbuata birgə bəyanatla çıxış ediblər

22:02 26.10.2021

ÜST: “Pandemiya qısa vaxtda başa çatmayacaq”

21:37 26.10.2021

"Dost Aqropark" Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək

21:31 26.10.2021

Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşım edib - FOTO

21:11 26.10.2021

Prezident: "Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - FOTOLAR

21:05 26.10.2021

Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqlayıb

20:54 26.10.2021

Ərdoğan: “Gün gələcək Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik”

20:47 26.10.2021

İlham Əliyev: "İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik"