Yasamalda kütləvi bıçaqlanma: 3 yaralı

Yasamalda kütləvi bıçaqlanma: 3 yaralı
Bütün Xəbərlər
12:24 31.05.2011
1680
Bakıda kütləvi dava hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 2-ci Yasamal yaşayış sahəsində bir qrup şəxs arasında dava düşüb. Nəticədə Bakı şəhər sakinləri Rövşən Bayramov, Fəzail Yusifov və onun 17 yaşlı oğlu Rüstəm bıçaqlanıblar. 

Müxtəlif dərəcəli kəsilmiş-deşilmiş xəsarətlər almış şəxslər xəstəxanaya yerləşdiriliblər. Hadisənin hansı səbəbdən baş verməsi və davanın digər iştirakçılarının şəxsiyyətləri araşdırılır. 

İlkin əməliyyat-axtarış tədbirləri aparılır.

 

OXŞAR XƏBƏRLƏR