Yayda bu səhvi etməyin – Üzdə ləkələr yarana bilər

Yayda bu səhvi etməyin – Üzdə ləkələr yarana bilər
SAĞLAMLIQ
15:29 22.05.2026
632
Yay mövsümündə günəş şüalarının təsiri nəticəsində üzdə yaranan ləkələr bir çox insanın narahatlığına səbəb olur. Xüsusilə qadınlarda rast gəlinən bu problem həm sağlamlıq, həm də estetik baxımdan diqqət tələb edir.

AZXEBER.COM xəbər verir ki, dermatoloqlar bildirirlər ki, günəş altında uzun müddət qalmaq dəridə piqmentasiya yaradır. Bu zaman üz nahiyəsində qəhvəyi və ya tünd rəngli ləkələr əmələ gəlir.
 
Onlar bildirirlər ki, yay aylarında qoruyucu kremlərdən istifadə etməmək problemi daha da artırır.

Həkimlər gün ərzində SPF tərkibli günəş kremlərindən istifadə etməyi, xüsusilə günün pik saatlarında birbaşa günəş şüalarından uzaq durmağı tövsiyə edirlər. Eyni zamanda bol su qəbulu və düzgün dəri baxımının da vacib olduğu vurğulanır.

Qeyd olunur ki, yaranan ləkələrin bəziləri ev şəraitində qulluqla azalsa da, bəzi hallarda dermatoloqa müraciət etmək vacibdir. Çünki bəzi dəri dəyişiklikləri ciddi problemlərin ilkin əlaməti ola bilər.
 
 
Aysel
OXŞAR XƏBƏRLƏR