Yayımı dayandırılan seriallar Türkiyə mediasının gündəmində

Yayımı dayandırılan seriallar Türkiyə mediasının gündəmində
MEDİA
00:07 04.05.2012
2625

Azərbaycan Milli Televiziya və Radio Şurasının telekanallardan xarici serialların yayımına son qoyulması ilə bağlı qərarı Türkiyə gündəminə böyük damğa vurub. Xəbər verdiyimiz kimi, mayın 1-dən etibarən ölkəmizin milli kanallarında Rusiya, Türkiyə, Braziliya, Hindistan kimi ölkələrdə çəkilən seriallarının yayımı dayandırılıb. MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli, qərarın 2011-ci ildə televiziya kanallarına bildirildiyini və öz seriallarımızın çəkilişləri üçün milli kanallara 300 min manat köməklik edildiyini qey edib.

Bu gün isə, Türkiyənin tanınmış media orqanları məsələni ictimaiyyətin geniş müzakirəsinə çıxardıb. Türkiyənin tanınmış “Posta” qəzetində verilən informasiyada qərarın gənc nəsilin milli şüurla yetişdirilməsi məqsədiylə atıldığı qeyd edilib. Qəzet Azərbaycanda hazırda serial bazarının inkişaf etdirilməsi üçün tədbirlərin görüldüyü də vurğulanıb.

“Posta” ilə yanaşı “Milliyet” və “Hürriyet” qəzetləri də, qərarla bağlı öz səhifələrində geniş informasiya yayımlayıblar.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR