Yelo Bank ilk rübdə 4 milyondan çox mənfəət əldə edib

Yelo Bank ilk rübdə 4 milyondan çox mənfəət əldə edib
İQTİSADİYYAT
16:07 26.04.2023
591

Yelo Bank 2023-cü ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqladı. Nəticələrdən Bankın bu ilə uğurlu şəkildə başladığını görmək olar. Hesabata əsasən, Bankın xalis mənfəəti 4 mln manatdan çox olub. Eyni zamanda aktivləri də ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 830 mln manatı ötüb.

 

Bankkredit portfeli üzrə uzun müddətdir ki, pozitiv artım tendensiyasını qoruyub saxlayır. Belə ki, 2022-ci ilin analoji dövrü ilə müqayisədə kredit portfeli 168 mln, yəni 36% artaraq 640 mln manata çatıb. Bankın missiyasına uyğun olaraq kredit portfelinin mühüm qismini real sektorun maliyyələşməsi təşkil edir. Rüb ərzində 5 minə yaxın müştəriyə verilmiş biznes krediti nəticəsində bu istiqamət üzrə portfel 27 mln manat artaraq 424 mln manat olub.

 

İstehlak üzrə kredit portfelində də artım müşahidə olunur. İlk rüb ərzində 5 000 müştəriyə 50 mln manatdan artıq istehlak krediti verilib. Nəticədə bu istiqamət üzrə kredit portfeli 217 mln manatı ötüb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 34 mln manat, yəni 19% artım deməkdir. Qeyd edək ki, bu satışın 33%-i onlayn kanalların payına düşür.

 

Yelo Bankın əmanət portfelində də nəzərəçarpan artım var. Ötən ilin eyni dövrü ilə müqayisədə bu istiqamət üzrə portfel 125 mln manat, yəni 28% artım ilə 577 mln manat təşkil edib. Bu artımın fiziki şəxslərin əmanətləri hesabına baş verməsi əhalinin Banka olan etibarının göstəricisidir.

 

Hesabat dövrü üzrə Bankın faiz gəlirləri isə 25 mln manatı ötüb. Bu da 2022-ci il ilə müqayisədə 7 mln manat çoxdur. İlk rüb üzrə qeyri-faiz gəlirləri də artaraq 2.3 mln manata çatıb. Bankın məcmu kapitalı 92 mln manat təşkil edir, bu da requlyativ tələbdən 42 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12,36%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8.09% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.


Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var