Yelo Bank səlahiyyətlərindən sui-istifadə edən əməkdaşlarını cəzalandırdı

Yelo Bank səlahiyyətlərindən sui-istifadə edən əməkdaşlarını cəzalandırdı
İQTİSADİYYAT
14:42 06.05.2020
1186
Yelo Bank əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar açıqlama yayıb.

AZXEBER.COM xəbər verir ki, bankın yaydığı açıqlamada deyilir ki, 2020-cii ilin martın 17-də Yelo Bankın (keçmiş Nikoil Bank) müvafiq strukturları tərəfindən filial müdirinin və əməkdaşının qanunsuz əməlləri aşkarlanıb.

Martın 19-da isə bu barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat verilib. Daxili araşdırma aparıldıqdan sonra həmin əməkdaşlar müvafiq maddə ilə işdən çıxarılıb və əlavə məlumatlar Maliyyə Monitorinqi Xidmətinə göndərilib.

Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia: "Sevindiricidir ki, tərəfimizdən göndərilən məlumatlar hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslərin saxlanılmasına kömək edib və inanırıq ki, onlar qanun çərçivəsində layiqli cəzasını alacaq. Biz həm də əməkdaşlıq çərçivəsində məlumatların hüquq-mühafizə orqanlarına ötürdüyü üçün Maliyyə Monitorinqi Xidmətinə minnatdarıq.
 
Yelo Bankın dəyərləri şəffaflığa əsaslanır ki, bu da bizim fəaliyyətimizin əsasıdır. Vəzifəsindən asılı olmayaraq, istənilən əməkdaşlarımız tərəfindən yol verilən qanun pozuntusu bağışlana bilməz. Baş verənlərdən banka heç bir maddi zərər dəyməyib. Buna baxmayaraq, təəssüf edirik ki, iki əməkdaş qanunsuz əmələ əl ataraq həm özünü biabır etdi, həm də işlədiyi kollektivə ləkə saldı. Mən təcrübəli və öz işinə sadiq olan daxili nəzarət komandasına təşəkkür edirəm. Məhz onların sayəsində bu faktlar aşkarlandı və operativ reaksiya verildi.
 
Biz həm də prinsipial mövqe tutaraq qanun pozuntularını araşdıran və onlara qiymət verən, həmin əməkdaşların işdən çıxarılmasına qərar verən hər bir əməkdaşımıza təşəkkür edirik. Mən həm də Maliyyə Monitorinqi Xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarına göstərdiyi peşəkarlığa görə minnətdaram".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
03:23 31.07.2026
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
İran Bolqarıstana xəbərdarlıq etdi
02:40 31.07.2026
İran Bolqarıstana xəbərdarlıq etdi
Rusiya Durovu terrorçu elan etdi
02:19 31.07.2026
Rusiya Durovu terrorçu elan etdi
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
01:37 31.07.2026
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
01:25 31.07.2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
Ən gec qocalan 5 bürc
01:05 31.07.2026
Ən gec qocalan 5 bürc